Yuxarı

“Tabe olmayanlar yerindəcə güllələnəcəkdi”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Cəbhə xətti"ndə Nizami Nəriman oğlu Kərimovdur.

1967-ci ildə Ermənistanda dünyaya gəlib. 1984-cü ildə orta məktəbi bitirən Nizami 1985-ci ildə Bakı şəhərində peşə məktəbinə daxil olub və elə həmin il hərbi xidmətə yollanıb. 1987-ci ildə Sovet ordusuna xidmətə, 1991-ci ildə isə könüllü olaraq Ağdama döyüşə gedib. Ailəlidir, 2 qız övladı var.

Heykəlin altındakı erməni qərargahı

- İlk döyüşüm Muğanlı kəndində olub. Ermənicə bildiyimdən ratsiyada onların danışığını başa düşürdüm. Minaları haralara yerləşdirdiklərini bilirdim. Həmin döyüşdə ermənilər çox itki verdilər. Hətda bizə deyirdilər ki, atəşi dayandırın.

Kəşfiyyata gecələr gedirdik. Məqsəd düşmən mövqelərini öyrənmək, nələrin harda yerləşdirildiyini, onların hansı texnikaya sahib olduqlarını müəyyənləşdirmək idi. Kəndlərin birində bir heykəl vardı. Bizə məlumat vermişdilər ki, həmin heykəlin altında ermənilərin qərargahı olmalıdır. O qədər atəş açmışdıq ki, heykəlin bir qolu düşmüşdü. Heykəlin ətrafında 10 metrdən bir ermənilər dururdu. Eşidirdik ki, orda yeyib-içib, deyib-gülürlər. Rəhmanla sürünə-sürünə irəliləyirdik. Onları bir-birindən ayrı salıb tək-tək aradan götürmək istəyirdik. Amma onlar tez-tez əvəz olunurdular deyə, yorğun olmurdular. Sayları da çox olurdu. Bizim durduğumuz yerlər arasında isə boşluqlar vardı, döyüşçü çatmırdı.

Rəhman, mən, Asif adlı komandir və ümümulikdə 6-7 nəfər bizə gələn əmrdən sonra kəşfiyyata getmişdik. Bir də gördük ki, qarşıdan həmin istiqamətdən ermənilər biz tərəfə gəlirlər. Əlimizdə avtomat, durub baxdıq. Onlar bizi gördü, biz də onları. Komandir əli ilə işarə edib arxaya çəkilməyimizi əmr verdi. Geri qayıtdıq. Qaranlıq düşdüyü üçün Qarqar çayını keçə bilmirdik. Göstrəriş verdilər ki, bu günlük dayanın.

Bir dəfə də kanala girdik. Su buz kimi idi. Erməni kəşfiyyatçıları bizdən 20-30 metr yaxınlıqdan keçib Yusifcanlıya tərəf döndülər. Böyrəklərim soyuqlamışdı. Sonra elə səngərdə əməliyyat oldum kor bağırsağımdan. Cəmi bir iynə vurmuşdular. Ürəyimdə fikirləçirdim ki, görəsən bunlarda başqa iynə-dərman yoxdur?

Bizim kəşfiyyatda qadın döyüşçü yox idi, amma batalyonda qadınlar vardı. Onlar bizə dayaq, kömək olurdular. Yaralıların yaralarını sarımağa yardım edirdilər.

Çeçen kəşfiyyatçıları Salatının qatilini...

Bir dəfə səngərdə oturmuşduq. Ratsiyada dalğanı tutub erməniləri dinləyirdim. Eşitdim ki, 20 dəqiqədən sonra kəndə hücum edəcəklər. Məlumatı komandirə bildirim. O, səhv anladığımı düşündü və o qədər əhəmiyyət vermədi. Özüm nömrələrin içində xəbər edə biləcəyim nömrəni tapıb bildirim ki, bizə kömək lazımdır. Kömək gəldi. Bir gözüm saatda idi. Dediyim kimi, düz 20 dəqiqə sonra ermənilər artilleriya ilə ilk hücuma keçdilər və tanklar gəldi. Biz də 50-60 metrdən bir minamyot düzmüşdük. Onlar bizə kömək oldu. Bir qədər sonra ön tərəfə gedəndə ermənilərin qanlı paltarlarını gördük. Paltarları orda olsa da, bir meyit də yox idi. Hamısını aparmışdılar. Bizdə əsirlərin sayı az idi. Bir əsiri incitməyə qoymurdular ki, öz əsgərlərimizlə dəyişəcəyik. Bir erməniyə 3-4 azərbaycanlı əsir alırdıq. Bunun səbəbi məncə azərbaycanlıların onlarda çox olması idi. Onlar çox, biz az idik döyüşdə. Bizdə snayperlər də çox az idi. Sonradan bir neçə nəfəri Türkiyəyə təlimə göndərdilər. Onlar qayıdanda artıq bizim peşəkar snayperlər oldu. Amma bu, xeyli sonra idi.

Bir erməni qadın vardı - Janna. Ağ "Niva"da gəzirdi. Dəfələrdə onu vurmağa cəhd etmişdik. Mən elə düşünürəm ki, Jannanı nivasi ilə birlikdə çeçen kəşfiyyatçıları vurmuşdular. Salatın Əsgərovanı öldürən isə səhv etmirəmsə, polkovnik idi. Onu da çeçenlər tutub gətirmişdilər. Mən görməmişdim. Sonra bildim ki, onu 33-35 azərbaycanlı əsir ilə dəyişiblər. Hətta onu dəyişməklərinə pis olmuşdum və əsəbiləşmişdim ki, axı niyə dəyişiblər?! Onu dilindən asıb tikə-tikə doğramaq lazım idi".

Mənə torpaq lazımdı, pulu neynirəm?!.

Sonuncu döyüşüm uğurlu oldu. Heydər Əliyev hakimiyyətə yeni gəlmişdi. Ermənilər qorxuya düşmüşdülər. Əliyevin şəxsi əmrinə görə adi zabitin belə əmrinə tabe olmayanlar yerindəcə güllələnəcəkdi. O qədər ciddi idi. Həmin vaxtlar bizə göstəriş verilmişdi ki, kökəltmə məntəqəsində 1000 baş heyvanı və bir təpəni alaq. Heyvanları da, təpəni də aldıq. Heyvanlardan bir neçəsi kəsilib batalyonlara paylandı.

Güllücə kəndində indiki tanınmış generallardan Nəcməddin Sadıqov idi. Biz Güllücəni qaytarmışdıq, elə həmin vaxt da Füzulidə Horadizi geri almışdıq. O dövrdə belə bir deyim vardı: "Döyüşməyənə qız verməyin". Heydər Əliyevin dövründə 5 erməni əsgər öldürənə Milli Qəhraman, bir tank vurana üş milyon pul söz vermişdilər. Hətta bəziləri avtomatı atıb, komandirə deyirdi ki, qranatamyot verin mənə. Mənimçün əlbəttə, "döyüşməyənə qız verməyin" misalı daha ciddi gəlirdi. Çünki mənə torpaq lazım idi, pul yox... Mənə itirdiyim qanların heyfini almaq lazım idi.

1993-cü ilin dekabr ayı idi. Oturub silahları təmizləyirdik. Bu vaxt aşağıdan işarə etdilər ki, ermənilər gəlir. Hamı atışa-atışa çıxa bilmişdi. Mən qalmışdım. Bir təhər mən də uzaqlaşa bildim. Təkbaşına kəndlərin kol-kosundan keçə-keçə yol axtarırıdım. Silahı ürəyimə tutub əlimi tətiyin üstnüdə saxlayırdım. Əsir düşməkdən qorxmurdum. Amma onlara əsir düşməkdənsə ölməyi üstün tuturdum. Buna görə də bir patronu həmişə özüm üçün saxlayırdım.

Ölümdən də qorxmurdum. Demək, bir dəfə silahdaşlarlımla gedirik. 3-4 sm qalmışdı ki, ayağımı saxladım. Uşaqlara "dayanın!" dedim. Ayağımın altında mina vardı. O zaman ayaqlarımı itirməkdən qorxmuşdum. Ac qalırdıq. Yeyə bildyimiz yalnız alma olurdu bəzən. O qədər alma yemişdik ki...

45 manat pensiya, 170 manat maaş

Yadımda qalan dəhşətli xatirələr çoxdu. Bir dəfə də kəşfiyyata getmişdik. Gecə idi. Gözləməyə başladıq. Ermənilərlə aramızda 40-50 metr məsafə vardı. Hava işıqlanırdı. Hücum əmrini gözləyirdik. Amma əksinə oldu. Bizə geri qayıtmağımızı əmr etdilər. Onların bizi görməyi an məsələsi idi. Aramızdandan biri öskürdü. Bu zaman ermənilər bunu eşitdi. Biz kanala doğru qaçdıq. Ordaki döyüşcüləri adı ilə yox ləqəbləri ilə xatırlayırıq. Orda bizimlə 18 yaşlı bir oğlan vardı. Ləqəbi "Malış" idi. Ona dedim ki, sürünə-sürünə get, ermənilər yüksəklikdən vurmasınlar . Kanaldan keçərkən elə bildim ki, mən də vurulmuşam. Düşündüm ki, bəlkə yaram yenidir deyə, hava da soyuq olduğu üçün heç nə hiss etmirəm. Hamı ordan çıxdı. Axıra mən qalmışdım. Kanaldan çıxanda gördüm ki, yerdə qanlı kəllə iliyi var. "Malış"ı snayperlə başından vurmuşdular.

Qarabala adlı oğlan vardı. Onunla birlikdə ölümə belə getməyə hazır idik. O qədər qeyrətli və etibarlı uşaq idi ki! 1993-cü ilin noyabrı idi. Patron dalınca getmişdi. Qarabalanın maşınını vurmuşdular. Sonra bildik ki, onun özünü də öldürüblər.

1994-cü ildə atəşkəsdan sonra da 5-6 ay müddətinə biz hərbidə idik. Evə qayıdandan sonra atam deyirdi ki, gecələr sayıqlayıram. Baxmayaraq ki, dövlətdən heç bir məvacib almıram, amma bu gün də müharibə olsa, yenə gedərəm. 45 manat pensiya alıram. Hazırda kompüter üzrə mütəxəssis işləyirəm. 170 manat maaş alıram.

Tarix
2015.03.25 / 13:59
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla