Yuxarı

Müğənni Vüqarın Moskvada döyülmə - Səbəbi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Vüqar Muradovun Moskvada döyülməsinin bəzi detalları açıqlanıb.

Lent.az yazır ki, ifaçının dostu olan bəstəkar Ruslan Əhmədoğlu hadisəni İmişli rayonu barəsində səslənən bəzi fikirlərlə əlaqələndirib: "Bir müddət öncə Vüqar həmkarı Fidan Süleymanova ilə efirdə söhbətində İmişli rayonu barədə bəzi fikirlər səsləndirmişdi. Onu Moskvada döyən adamlar da Vüqara deyiblər ki, "sən kimsən ki, İmişliyə sataşmısan?" Onu da deyim ki, Fidan xanım özü də hazırda Moskvadadır.

Vüqar xaraktercə aqressivdir. Ola bilər ki, fikrini deyib, kimlərinsə xoşuna gəlməyib, cavabında bu işi ediblər. Onu döyən şəxslər hadisədən sonra toya görə verdikləri 1000 manat pulun 900 manatını götürərək, ərazidən uzaqlaşıblar. Artıq Vüqarla bütün əlaqələrini quran adam da tapılıb. Hadisəni törədənlərdən biri də Şəmkir sakinidir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Bu işdə əli olan hər kəs cəzalandırılacaq".

Sənətçinin dostu deyib ki, ona toy təklifi Aşıq Samirənin keçmiş əri, prodüser Rizvan Məmmədovdan gəlib:

"Vüqara Moskvadan təklif gələndə dedik, maraqlan, gör kimdir? Dedi ki, toyu mənə təklif edən odur. Məhz toy Rizvan tərəfindən təklif olunduğuna görə düşünmədən razılıq verdi. İndi biz Aşıq Samirə ilə də əlaqə saxladıq. Dedi ki, keçmiş əri Gürcüstandadır. Yəni, bizim bildiyimiz qədər, Vüqarı toy adı ilə Moskvaya dəvət edən şəxs Rizvan olub".

Hadisə ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinin attaşesi Toğrul Mahmudova məlumat verilib.

Qeyd edək ki, V.Muradovu bir neçə gün öncə 1000 manat beh müqabilində Moskvaya toya dəvət ediblər. Naməlum şəxslər onu Moskvada hava limanında qarşılayaraq, meşəyə aparıb, orada soyundurub və vəhşicəsinə döyüblər.

Tarix
2015.03.26 / 11:15
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla