Yuxarı

Baş redaktor Bakıdakı toya PKK liderlərini çağırıb?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən İraqda, Türkiyədə, Rusiyada, Qazaxıstanda olduğum səfərlər zamanı hər vaxt Azərbaycanımızın mənafeyini müdafiə etmişəm. Ölkəmizin və xalqımızın başına gətirilən müsibətlərdən, Xocalı soyqırımından, erməni işğalından danışmışam. İraqa altı nümayəndə heyətilə getdiyimiz zaman oğlum İsmayıl Əliyev də İraqda Xocalı qətliamının təbliğində işlər görüb. Ancaq bu gün yanlış informasiya yayanlar var. Hansı ki, Biləcəridən o tərəfə çıxmayıblar. Bu xəbərləri oxuyanlar səhv fikirlərə qapılmasınlar".

Bu sözləri Axar.az-a "Diplomat" qəzetinin baş redaktoru, kürd əsilli Tahir Süleyman övladı barəsində yazılanlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, oğlu İsmayıl Əliyevin toyuna kürd liderlərini dəvət etməsi haqda yayılan məlumatlar kökündən yanlışdır. T.Süleyman kürd liderlərindən kimsənin Bakıda keçiriləcək toy mərasiminə dəvət etmədiyini qeyd edib:

"Bizim İraqa növbəti səfərimiz gözlənilir. 24 apreldə ermənilərin qondarma soyqırımına qarşı müxtəlif şəhərlərdə Xocalı soyqırımı barəsində tədbirlər təşkil edəcəyik. Məqsədimiz Azərbaycan xalqının və dövlətinin mənafeyinə uyğun iş görməkdir".

Qeyd edək ki, azinforum.az saytı T.Süleymanın martın 29-da oğluna keçirəcəyi toya kürd liderlərini dəvət etdiyini yazıb. Saytın məlumatına görə, T.Süleyman PKK simpatizanı kimi tanınır.

Tarix
2015.03.27 / 10:20
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla