Yuxarı

Olland gəlsin, ya gəlməsin?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransua Olland Bakıya gəlsin, gəlməsin?

Fransa prezidentinin Bakıya səfəri gözlənilir. Buna bəlkə də bölgəyə səfər demək olardı, çünki Fransua Olland əvvəlcə İrəvana, sonra Bakıya səfər edəcək...

Səfər aprelin 24-ü və 25-i baş tutacaq. Həm də deyilənə görə, F.Olland ilk növbədə aprelin 24-də qondarma erməni "soyqırımı"nın 100 illiyinə həsr olunmuş tədbirlərə qatılmaq üçün bölgəyə səfər edəcək.
Fransa ilə tanışlığım iki kitabdan başlayıb. Bunlardan biri, uşaqlıq vaxtı oxuduğum "Marselyoza və həndəsə", digəri isə yenə də o vaxtlar oxuduğum məşhur "Napoleon Bonapart" kitabları olub. Daha sonra isə, təbii ki, Viktor Hüqo və onun məşhur "Səfillər"i gəldi... Amma bir kitab da var idi ki, o, uşaqlıqda yaddaşımda ən çox iz buraxmışdı. Kitab 21 yaşında dueldə həlak olmuş fransız riyaziyyatçısı Evarist Qalua haqqında idi.
Sonralar fikriləşdim ki, bu kitabların hamısını birləşdirən nə imiş görən? Bir də baxıb gördüm ki, bu böyük Fransa inqilabı...

Bəli, dörd kitabın dördündən də böyük Fransa inqilabları qırmızı xətlə keçirdi və əslində, onların hamısı elə inqilab haqqında idi.

Sonra həyatımıza Böyük Fransa İnqilabı daxil oldu. Bu mövzuda bildiklərimizi bir az da artırdıq. Və Fransaya, onun inqilablar tarixinə vurulduq. Düzdür, bundan sonra Kamyunun, Sartrın da Fransasını "kəşf" etdik.
Amma Hüqonun və riyaziyyatçların Fransası, inqilablar vətəni bizə daha xoş göründü...

Bunları nədən deyirik? Nədən lap qocalar kimi xatirələr dünyasında çarpışırıq? Doğrusu, bir hadisədən sonra Fransa mənim gözümdən düşdü və mən anladım ki, başqa Fransa da var...

O Fransa ki, Ermənistanı özünün "kiçik bacısı" hesab edir. O Fransa ki, orada qondarma "soyqırım"a şübhə etmək və onu inkar etmək özündə az qala cinayət məsuliyyəti ehtiva edir...

Və mən bu Fransadan küsdüm. Ta o vaxta qədər ki, Volterin bəzi əsərlərini təzədən oxumağa başladım. Məndə dərhal sual yarandı: görən, Volter həmin o qərara necə münasibət bəsləyərdi?

Bunu mənə demək çətindir. Amma Volterin sözləridir, deyir ki, mən sizinlə razılaşmaya bilərəm, amma sizin öz fikrinizi ifadə etmək üçün əlimdən gələn hər şeyi etməyə hazıram...

Mən Fransanı beləcə, heç olmasa, Volterin təqdimatında görmək istərdim və hətta onu da qəbul edərdim ki, qoy, Fransa qondarma "soyqırım" haqqında özünün qondarma qərarını saxlasın, amma insanlara bu qondarma "soyqırım"ı təftiş etmək, onu tənqid etmək və onunla bağlı istədiyi fikri söyləmək hüququ versin...

Di gəl, Fransa bunu etmədi. Bəli, demək olardı ki, Fransa qondarma erməni "soyqırımı"nı tanıyan 20 ölkədən biridir. Amma bu, heç də belə deyil. Fransa hökuməti bir az da "irəli" getdi, bu qondarma olaya şübhə etməyi yasaq etdi...

İnsana nəyəsə şübhəylə yanaşmağı yasaq etmək... Demokratik fikirli insan heç bir halda bunu qəbul etməz, çünki demokrat heç nəyə doqma kimi münasibət göstərə bilməz - bu, insanın ən başlıca keyfiyyətinə, nəyisə başa düşməyə cəhd etmək istəyinə ziddir...

İndi Olland qondarma "soyqırım" abidəsini ziyarət edəndən sonra Bakıya təşrif buyurmaq istəyir. Nədən ötrü? Guya ki, Qarabağ problemini müzakirə etmək üçün...

Amma bu mümkündürmü? Təbii ki, siyasətin bir vasitəsi kimi diplomatiya hər şeyi mümkün edir - qonaqlar gəlir, qarşılanır və yola salınır...

Amma problem qalır. Həqiqət qalır. Ən böyük həqiqət isə odur ki, Fransa ermənilər haqqında ən böyük həqiqəti bilmək istəmir. Bundan sonra onların indiki həqiqətləri bilmək istədiyinə kim inana bilər?

O gün bizim telekanalların birində çox maraqlı süjet göstərdilər - erməni əsgərləri dumanlı havada

Azərbaycanın hərbi hissələrilə təmas xəttinə həmlə etmək istəyirlər... Nə lazımdır onlara? Niyə dinc durmurlar?

Doğrudanmı, bu xalq öz məntiqini tamam-kamal itirib?..

Ollandın gözündə onlar "cəfakeş" xalqdır. Amma kaş o biləydi ki, bu xalqda öldürmək, xüsusən də türkü öldürmək istəyi maniakal bir həddə çatıb - adam bu "istəyi" anlamaq iqtidarında deyil...

Ollanda elə gəlir ki, onları - erməniləri "anlayır". Ola bilər. Amma özün nəyisə anladığını başa düşürsənsə, onda başqalarının da anlamaq istəməsini yasaq edə bilməzsən. Belə demokratiya olmur, əzizlərim...

Tarix
2015.03.27 / 14:46
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla