Yuxarı

Başçı: “Xanlıqlar dövrünü təhlil edin və…” – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtın icra başçısı maraqlı çıxışı ilə diqqət çəkib.

Axar.az-ın xəbərin görə, Yutub sosial şəbəkəsində yayılan video çıxışda Eldar Əzizov xanlıqlar dövründən danışıb. Məktəblilərin "Azərbaycan xanlıqlar dövründə" mövzusunda ənənəvi elmi-nəzəri konfransında iştirak edən E.Əzizov qeyd edib ki, şimali Azərbaycanda 6 xanlıq bir-birinə qohum olub:

"Ancaq o dövrdə şəxsiyyət fenomeni olmayıb. Heydər Əliyəv şəxsiyyəti olmayıb deyə, hərəsi bir yerə qaçıb. Həmin vəziyyət 90-cı illərdə də yaşandı. Cənubda bir anklav yaradıldı. Sadəcə, Allahın Azərbaycan xalqına yazığı gəldi, Heydər Əliyev qayıtdı və ölkənin vahidliyini qoruyub saxladı. Bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir".

İcra başçısı misal çəkərək xanlıqların bir-biri ilə didişdiyini vurulayıb:

"Məsələn, Şəki xanı Çələbi gürcü çarı ilə birləşirdi, yaxud Şamaxı xanı başqası ilə birləşib o birinə qarşı döyüşürdü. Bir-biri ilə dil tapardılar və xalqın mənafeyinə uyğun çalışardılar. Misal üçün, Nadir Şah dövrünü təhlil etsək, görərik ki, Hindistanı belə işğal eləyib. Amma ölkəsini qoruyub saxlaya bilməyib. Bu gün isə Azərbaycan müstəqildir. Həmin xanlıqlar dövründən qalıb bu günkü "haralısan" sualı. Onlar bizi bu günə salıb. Başqaları vahid dövlət yaradırdı, biz bir-birimizlə vuruşurduq. Bu dəfə isə cənab prezident sağ olsun, vahid dövlət yaratdı və dövlətimiz günbəgün möhkəmlənir. Odur ki, o dövrü təhlil edin və onda bugünkü nailiyyətləri qiymətləndirə biləcəksiniz".

Tarix
2015.03.29 / 08:45
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla