Yuxarı

Bayram günlərinin yol faciələri: 22 ölü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı ilə əlaqədar Azərbaycanda elan edilmiş istirahət günlərində - mart ayının 20-dən 29-dək ölkə yollarında 92 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 22 nəfər ölüb, 135 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, onlardan ikisi ağır yol qəzası olub: "Onlardan biri martın 25-də Mingəçevirdə avtobusun toqquşması olub. Nəticədə 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Digəri isə martın 28-də Bakının Xətai rayonunda baş verib ki, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb".

Şöbə rəisi əlavə edib ki, ümumən baş verən qəzaların 36-sı Bakıda qeydə alınıb. Nəticədə 11 nəfər ölüb, 59 nəfər xəsarət alıb.

Lakin BDYPİ rəsmisinin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə builki bayram günlərində baş verən yol qəzalarında ölüm hallarının sayı 50%-dən çox azalıb.

K.Əliyev qeyd edib ki, yol qəzalarının 30-u piyadaların vurulması ilə bağlı olub. Bu zaman 7 piyada ölüb, 24 nəfər isə xəsarət alıb. Avtonəqliyyat vasitələrinin aşması ilə nəticələnən 11 yol qəzası baş verib ki, nəticədə 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Avtomobillərin maneəyə çırpılması ilə nəticələnən 8 yol qəzasında isə 2 nəfər ölüb, 16 nəfər yaralanıb.

Tarix
2015.03.29 / 12:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla