Yuxarı

Bakıda saxlanılan məşhur avtoritetdən ədəbsiz hərəkət - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda saxlanılan, kriminal aləmdə "Dəli Samir" ləqəbi ilə tanınan 1975-ci il təvəllüdlü Samir Nuşirəvan oğlu Aslanovun görüntüləri yayılıb.

Report-un məlumatına görə, S.Aslanov Suraxanı Rayon Polis İdarəsi (RPİ) və 33-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Polislər Dəli Samiri saxlayan zaman onun üzərindən 10 qrama yaxın narkotik maddə olan marixuana aşkarlanıb.

S.Aslanovun evinə baxış zamanı isə 1 ədəd "Kalaşnikov" avtomatı, 5 ədəd güllə və samuray qılıncı aşkar olunaraq götürülüb. S.Aslanov indiyə qədər dəfələrlə məhkum olunub. O, Günəşli və Qaraçuxur qəsəbələrində hədə-qorxu ilə tələb etmə və bu kimi bir neçə ağır cinayətlər törətməkdə də şübhəli bilinir.

Qeyd edək ki, S.Aslanov kriminal aləmdə qanuni oğru "Lotu Quli" kimi tanınan avtoritet Nadir Səlifovun yaxın adamı sayılır. Həmçinin S.Aslanov idmanın karate növü ilə məşğul olub və onun Suraxanı rayonunda xüsusi karate məktəbi var.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Tarix
2015.03.29 / 17:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla