Yuxarı

Komitə sədri Siyəzəndə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 29-da Siyəzəndəki Heydər Əliyev Mərkəzində bu rayondan, eləcə də Xaçmaz və Şabran rayonlarından olan sakinləri qəbul edib.

Komitənin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini kitabların və ləvazimatların satışı üçün mağazaların lisenziyası və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin sədri M.Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. 15 nəfərədək vətəndaşı qəbul edən komitə sədri bir sıra müraciətləri yerindəcə həll edib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.

Qəbuldan sonra komitə sədri Siyəzən rayonunda fəaliyyət göstərən dini icmaların üzvləri, ağsaqqallar və gənclərlə görüşüb. Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun da iştirak etdiyi görüşdə ölkəmizdəki sabit dini vəziyyətdən danışılaraq bildirilib ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc, yanaşı yaşamasının nadir nümunəsidir. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü ən yüksək səviyyədə göstərir.

Daha sonra görüş iştirakçıları Siyəzən şəhərindəki "Cümə" məscidini ziyarət edib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən məscidə müvafiq ədəbiyyatlar təqdim olunub.

Tarix
2015.03.29 / 17:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla