Yuxarı

Mağazadan 50 min manatlıq qızıl oğurladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda qızıl mağazasından oğurluq olub.

Hadisə bu gün saat 10:30 radələrində İsmayıllı şəhərində, sahibkar Murad Adıgözəlova məxsus qızıl və cehizlik əşyalar, kosmetika mağazasında baş verib. Oğurluq hadisəsi baş verən zaman Murad Adıgözəlov və satıcı Pərvanə Daşdiyeva mağazada olub.

Onlar APA-ya bildirib ki, naməlum şəxs əvvəlcə mağazaya daxil olaraq onlardan qızıl əşyaların qiymətini soruşub, sonra nişan mərasiminə gedəcəyini bildirərək kosmetika səbətinin və gül buketinin hazırlanmasını istəyib.

Satıcı Pərvanə Daşdıyeva mağazaya çantada yeni gətirdiyi qızıl əşyaları müştəriyə göstərib və vitrinə düzməyərək qızıl çantasını piştaxtanın altına qoyub. Mağaza sahibi Murad Adıgözəlov və satıcının başının kosmetika səbətinin və gül buketinin hazırlanmasına qarışmasından istifadə edən müştəri qəflətən qızıl əşyalar olan çantanı götürüb və yaxınlıqdakı dərzi sexinə gedərək qayıdacağını bildirib.

Bir müddət sonra qızılların oğurlandığını başa düşən mağaza sahibi İsmayıllı rayon Polis Şöbəsinə müraciət edib. Mağaza sahibi həmin naməlum şəxsin 8 mart günü ondan 150 manatlıq qızıl əşya aldığını bildirib. Murad Adıgözəlovun sözlərinə görə, təxminən 45 yaşı olan və özünü Gəncə sakini kimi təqdim edən həmin şəxs mağazadan 65 ədəd brilyant qaşlı qızıl üzük, 30-a yaxın brilyant və adi qaşı olan sırğa, bilərzik, 3 ədəd qızıl toy dəsti, 2 ədəd çəkisi 30 qram olan qızıl boyunbağı, qızıl saatlar və digər əşyalar oğurlayıb. Mağaza sahibinə ümumilikdə 50 min manata yaxın maddi ziyan dəyib. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2015.03.30 / 00:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla