Yuxarı

Mircavadov: “Belə oynasaq, ağır olacaq”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qələbəyə görə hamımız sevinirik. Amma komandamızda problemlər var. Çatışmazlıqlardan biri odur ki, orta xətdə yaradıcılıq yoxdur. Dmitri Nazarov meydana çıxandan sonra oyunumuzda canlanma baş verdi. Sevindirici məqamlar da var. İlk növbədə onu qeyd etməliyəm ki, futbolçularımızda mehribanlıq artıb. Son illərdə bunu millidə görmək olmurdu. Mən işlədiyim dövrdə futbolçular çox mehriban idilər. Dünən də həmin istəyi gördüm. Məşqlərdə də çox həvəslə çalışırlar. Bu, vacib amildir".

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın əməkdar məşqçisi, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov qol.az-a geniş müsahibəsində deyib. Mircavadov qeyd edib ki, orta xətdə həm yaradıcı, həm də dağıdıcı futbolçular çıxış etməlidir:

"Bizdə isə ancaq dağıdıcı futbolçular var. Yaradıcı oyunu ilə seçilən futbolçular axtarmalıyıq. Dünənki oyunda hücumçumuz Vüqar Nadirov topsuz çox qaçdı. Hesablasaq, görərik ki, oyunda ən çox qaçanlardan biri Vüqardır. Ancaq ona ötürmə vermirdilər. Oyunumuzu inkişaf etdirməliyik. Belə oynasaq, bundan sonrakı bütün oyunlarımız ağır olacaq. Dünən rəqibin iki real qol imkanı oldu. Qapıçımızın qurtarışları olmasaydı, hesab tam fərqli ola bilərdi. Bu, yaxşı hal deyil".

Tarix
2015.03.30 / 00:58
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla