Yuxarı

Xilaskar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

(Hekayə)

Atam müəllim idi. Aylıq məvacibi gündəlik çörəkpuluna güclə çatırdı. Ailədə üç uşaq idik. Böyük qardaşım, bacım və mən.

Onlar ali məktəbdə oxuyurdular. Mən isə doqquzuncu sinfə gedirdim. Mənimlə eyni sinifdə İlqar adlı oğlan da oxuyurdu. İmkanlı ailədən idi. Amma özü çox sadə, gülərüz biri kimi tanınırdı.

İlqar mənimlə dostluq edirdi. Amma onun atası həmişə dostluğumuza mane olmağa çalışırdı. Dəfələrlə İlqara: "Özün səviyyəli uşaqlarla dostluq et. Bundan sənə dost olmaz", - demişdi.

Günlərin birində İlqarın ad günü idi. Mən bir qol saatı alaraq İlqargilə getdim. Qapının zəngini basdım. Tərslikdən qapını İlqarın açdı. Salam verib içəri daxil olmaq istəsəm də, o, məni evlərinə buraxmadı: "İlqar sənin tayın deyil, get tayını tap!"

Bu hadisədən sonra İlqar dəfələrlə məndən üzr istəsə də ona yaxınlaşmır, həmişə uzaq gəzməyə çalışırdım.

Aradan bir neçə ay keçmişdi. Yay tətili idi. Ailəmə kömək etmək üçün yaxınlıqdakı şadlıq evlərindən birində ofisiant işləyirdim. Həmin günlərin birində gecədən xeyli keçmiş işdən evə gəlirdim. Maşın dayanacağının yanından keçərkən qulağıma inilti səsi gəldi. Qaçaraq səs gələn tərəfə gedəndə bir kişinin huşsuz vəziyyətdə yerdə inildədiyini gördüm. Adamın üzü-gözü qan içində idi, sifəti demək olar ki, görünmürdü. Cəld təcili tibbi yardıma zəng vurub gördüklərimi danışdım və ünvanı dedim. Qısa vaxt ərzində təcili yardım maşını hadisə yerinə gəldi və xəstə ilə məni xəstəxanaya apardı. Dərhal əməliyyat otağına aparılan xəstənin yaxınları gələnə qədər mən də gözləmək qərarına gəldim. Əməliyyat otağından çıxan həkim xəstəyə təcili qan lazım olduğunu, lakin heç kimin qan qrupunun ona uyğun gəlmədiyini bildirdi. Mən dərhal şəxsiyyət vəsiqəmi həkimə təqdim edib mənim də qanımı yoxlamasını xahiş etdim. Həkim qan qrupumu müəyyənləşdirib təcili qan verməmi istədi. Otağa keçib lazımi miqdarda qan verdim.

Bir nəfər tanımadığım şəxs mənə yaxınlaşdı və müstəniq olduğunu bildirdi. İzahatım alındıqdan sonra sabah valideyinlərimlə polis şöbəsinə gəlməli olduğumu dedi. Evə səhərə yaxın gəldim. Yorğunluq və qanvermə nəticəsində başım gicəllənirdi. Özümü zorla çarpayının üstünə atdım və həmin an da yuxuya getdim. Günorta anamın səsi məni oyatdı:

- Gecə harada olmusan? Atanla səni polisə çağırırlar.

Mən gecə başıma gələnləri valideyinlərimə danışdım. Onlar mənim hərəkətimdən razı qalmışdılar.

Yemək yeyəndən sonra atamla polis şöbəsinə getdik. Yorğunluq və başgicəllənməsi özünü göstərirdi. Bizi dünənki müstəntiq qarşıladı və sorğu-suala tutdu. Məndən gecə saat ikidə nə üçün küçədə olduğumu soruşdu. Mən isə toy qurtardıqdan sonra mərasim zalında səliqə-sahman yaratdığımız üçün işdən gec çıxdığımı dedim. Müstəntiqin yerli-yersiz sualları bizi özümüzdən çıxartsa da, səbirli olmağa çalışırdıq. İş o yerə çatmışdı ki, az qalsın axşam etdiyimə görə peşman olum. Axı, mən cinayət etməmişdim, bir nəfərin həyatını xilas etmişdim.

Uzun çək-çevirdən sonra bizi evə buraxdı, amma şərtlə:

- Çağıranda gələrsiniz!.

Evə gəldik. Bir neçə gündən sonra həkimdən zəng gəldi. O məndən xəstəxanaya gəlməyimi xahiş elədi. Xəstəxanaya getdim:

- Belə olmaz, xilaskar, heç gəlib xəstənin halını soruşmursan. Xəstə öz xilaskarını görmək istəyir, palatada səni gözləyir, - dedi.

Mən müstəntiqlə olan söhbətimizi ona danışdım. O dedi:

- Narahat olma, Qurban müəllimə deyərəm, yoluna qoyar.

Ondan palatanın nömrəsini öyrənib xəstənin yanına tələsdim. Palataya daxil olarkən çarpayıda başı və üzü sarıqlı bir nəfərin uzandığını gördüm. İlqarla anası da burada idilər. Mən İlqardan burada nə etdiklərini soruşmaq istədikdə çarpayıdakı şəxs xırıltılı səslə üstümə qışqıraraq:

- Ay uşaq, sənə neçə dəfə demişəm ki, İlqara yaxınlaşma?! Adama sözü neçə dəfə deyərlər? - dedi.

Mən geri dönüb palatadan çıxmaq istərkən həkimlə toqquşdum. O xəstəyə:

- Qurban müəllim, sizin xilaskarınız baxın bu yeniyetmə oğlandır. Hətta o öz qanını da sizdən əsirgəmədi, - dedi.

Palataya sükut çökdü. İlqar ayağa durub yaxına gələrək məni qucaqlayıb qürurla yanımda dayandı. O sanki atasına "sən səhvsən" deyirdi. Atasını qəhər boğdu. Qısa sükutdan sonra Qurban müəllim ağlaya-ağlaya dedi:

- Oğlum, məni bağışla. Mən səhv etmişəm, günahkaram.

İlqarla anasının gözü məndə idi. Mən Qurban əmiyə tərəf gedib, əlini qaldırdım və dodaqlarıma tərəf apardım…

Tarix
2015.03.30 / 01:37
Müəllif
Əbil Həsənov
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla