Yuxarı

“Görün, ermənilər nəyi hesablayıb!..”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda baş verənlər göstərir ki, Ermənistan həm Rusiyanın, həm də dünyanın müəyyən dairələrinin köməyi sayəsində Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesindən yayınır".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın təmas xəttində gərginliyi artırmasının ardından hazırda Rusiyanın Gümrüdəki hərbi bazasının genişləndirilməsi məsələsinin gündəmə gəlməsinə, eyni zamanda, ABŞ-da davam edən Ermənistana maliyyə yardımı məsələsinin müzakirəsinə münasibət bildirərkən deyib. O, bunun arxasında bəlli səbəblərin olduğunu açıqlayıb:

"İndi əsas diqqəti qondarma soyqırıma yönəltməyə çalışırlar. Ermənistan tərəfinin son hərəkətlərinin arxasında uydurma soyqırımın qanunvericiliklə tanınması və BMT səviyyəsinə çatdırılması ilə hətta Haaqa tribunasına çıxarılması durur. Onlar hazırda bu planın üzərində çalışırlar. Təmas xəttindəki son yersiz addımları da sırf bununla bağlıdır. Təbii ki, burada da əsas məqsəd özlərinin mənfur təzminat tələblərinin yerinə yetirilməsinə nail olmaqdır. Qarabağ məsələsində hazırkı məqamda əsas rıçaqlar Rusiyanın əlindədir. Münaqişənin həlli konstruktiv zəmində ona görə baş tutmur ki, Rusiya ermənilərə kartplanş vermir. Ona görə də belə bir vəziyyətdə nəinki danışıqlar prosesi, həmsədrlər nə qədər təzyiq irəli sürsələr də, heç bir nəticə yoxdur. Proses dalana dirənib. Demək olar ki, Minsk Qrupu fəaliyyətini dayandırmış durumdadır. Ancaq Azərbaycan bu məsələdə əsas həlledici tərəf olaraq Minsk Qrupunun fəaliyyətinin dəyişdirilməsi istiqamətində mühüm addımlar atıb. Xüsusilə də Türkiyə və Almaniyanın formata üzvlük məsələsi barədə razılığın əldə olunması çox mühüm addımdır. Ancaq Ermənistan tərəfi bu məsələdə də bütün işləri korlayır. Buna heç cürə razılıq vermirlər, çünki bu, onların sonu ola bilər".

Politoloqun sözlərinə görə, ermənilər dalana dirənmiş bu oyunu çox uzada bilməyəcəklər:

"Həmişə və indinin özündə də yaranmış bu vəziyyətdən həm öz məqsədləri - lazım gəldikdə Rusiyanı şantaj edə bilmək üçün, eyni zamanda da bölgədə Rusiya təsirini yaymaq üçün istifadə edirlər. Düşmən tərəfi çox yaxşı bilir ki, Azərbaycan Avropa Oyunlarına qədər hərbi yola əl ata bilməz. Görün indi bunlar nəyi hesablayıb və necə şüursuz addım atırlar! Buna görə də hesab edirəm ki, Qarabağ problemi ilə bağlı əsas hadisələr və irəliləyişlər üzü payıza doğru baş tutacaq. Çünki bu ərəfədə ən azından dəqiq olan bir şey var ki, əgər danışıqlar prosesi artıq istənilən nəticəni verməsə, hərbi sahədə aktivliyin artacağı şübhəsizdir. Görək, ermənilər bu zaman nə edəcəklər?"

Tarix
2015.03.30 / 09:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla