Yuxarı

“Onlar Dostoyevskidən intiqam aldılar”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Nobel mükafatlı türk yazıçı Orxan Pamukun Dostoyevskinin "Yoxsul insanlar" əsəri haqda düşüncələrini təqdim edir.

"Ah bu nağıl danışanlar! Onlar yazmaq üçün faydalı, xoş, oxucuya həzz verən bir şey tapa bilmədikləri üçün nə qədər pislik varsa, hamısını ortaya tökərlər! Əlimdə olsa, onlara yazmağı qadağan edərdim! O nə yazılardır axı? Oxuyanda istər-istəməz insan düşünür... Başını qaşıyır, and içirəm ki, onlara yazmağı qadağan edərdim! Açıq-aşkar qadağan edərdim!"

Vladimir Fyodoroviç Odoyevski

Dostoyevskinin ilk romanı – "Yoxsul insanlar" ədəbiyyat tarixində əks-səda doğuran ən böyük əsərlərdən biridir. Roman haqda yazılan şərhlər, verilən reaksiyalar, bir müddət sonra bütün bu yazılanların inkarı əsərin özündən daha məşhurdur. Dostoyevski "Yoxsul insanlar"ı 24 yaşında qələmə alıb. Hərbi mühəndis kimi fəaliyyət göstərən 23 yaşlı bir gənc, təhsilini başa vurduqdan sonra yoxsul bir ölkədə daxilindəki ədəbiyyat yanğısını söndürmək üçün vəzifəsini tərk edib yazıçı olmağı seçib.

Dostoyevski Balzakı tərcümə etdiyi, Şillerin kitablarını çap etdirməyi düşündüyü bir vaxtda "Yoxsul insanlar"ı qələmə alıb, əlyazmasını ədəbiyyatçı dostu Qriqoroviçə verir. Qriqoroviç kitabı oxuyub bəyənir və başqa bir yazıçıya – Nekrasova ötürür. Bu iki yazıçı Dostoyevskinin qəhrəmanları olan orta yaşlı katib ilə uzaq qohumu olan gənc xanımdan elə təsirlənirlər ki, gecə yarısı Dostoyevskinin evinə gedib onu oyadırlar. Sonralar dahi yazıçı həmin gecədə iki yazıçı tərəfindən oyandırılmasını böyük məmnuniyyət və iftixar hissi ilə xatırlayır.

Dostoyevskinin əsərinin ikinci pərdəsini dövrünün böyük yazıçısı və tənqidçisi Belinski açacaq. Nekrasovun vasitəsilə "Yoxsul insanlar"ı oxuyan böyük tənqidçi sonralar bu romanın müəllifini hər fürsətdə tərifləyəcək, əsərdən ürəkdolusu danışacaq.

Bu gün "Yoxsul insanlar"ın Dostoyevskinin ən uğurlu romanları arasında yer ala bilmədiyini xatırladığımızda Belinskinin bu tərifləri bizə qəribə görünür.

"İki gündür özümü bu kitabdan uzaqlaşdıra bilmirəm, – deyir Belinski. - Bu, yeni bir yazıçının, yeni bir istedadın qələmidir. Bu əsər Rusiyada həyatın sirlərini elə təsvir edir ki, bundan qabaq heç bir yazıçı bu qədərini hətta xəyallarında da düşünə bilməzdi".

Halbuki Belinski də "Yoxsul insanlar"ın arxasında özünün də heyran olduğu Qoqolun qaranlıq mistikasının olduğunu çox gözəl bilirdi. Bizə aynaların təkrarını xatırladan daha da maraqlı nüans isə onu ədəbiyyat dünyasına tanıdan, əsərinin nəşr olunmasında ona köməklik göstərən Belinskinin Dostoyevskinin ikinci romanı çıxdıqdan sonra ondan üz döndərməsidir. Bu isə öz növbəsində ədəbiyyat paxıllarının Dostoyevskiyə hücum etməsi üçün şərait yaratdı. Peterburq ədəbiyyatçıları bu özündənrazı, həddindən artıq məğrur gənc yazıçıdan tezliklə öz intiqamlarını aldılar.

Dostoyevski 24 yaşında daddığı o parlaqlığı və şöhrəti bir də iyirmi il sonra tapa bildi.

Tarix
2015.03.30 / 12:58
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla