Yuxarı

Ərdoğan İranın cavabını gecikdirmədi - Sərt

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məclis sədri-filan bizimlə söhbət edə bilməz".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

O, İrana səfər proqramının əvvəlki qaydada saxlanıldığını bildirib:

"Biz Yəmənlə bağlı açıqlamamızda onun ərazi bütövlüyünün qorunması, ona həm daxildən, həm də xaricdən edilən müdaxilələrin yanlış olması və hər kəsin Yəməndən geri çəkilməsinin gərəkdiyini söyləmişdik. Bizimlə əlaqədar İrandan iki fərqli səs gəldi. Məclis sədri-filan bizim həmsöhbətimiz deyil. İrana ziyarətimizi bu cür şəxslər müəyyənləşdirəcək deyillər. Qərarı verən bizik. Proqramımızı əvvəlki qaydada saxlayır və Yəməni də izləyirik. Proseslər çox önəmlidir. Hər cür qərara gətirib çıxaracaq addımlar atıla bilər".

Qeyd edək ki, bu gün Türkiyənin İrandakı müvəqqəti işlər vəkili Ərdoğanın səsləndirdiyi fikirlərə aydınlıq gətirilməsi üçün İranın Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Onu da xatırladaq ki, Ərdoğan bir müddət öncə İranın Yaxın Şərqdə yürütdüyü siyasəti tənqid edərək "İran bölgəni maliyyələşdirir. İran Yəmən, Suriya və İraqdan bütün qüvvələrini geri çəkməlidir", - kimi fikirlər dilə gətirmişdi.

Tarix
2015.03.30 / 17:56
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla