Yuxarı

Rektorun qızını döyən azad ediləcək? – Rəy/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İki aydan sonra Ülkər İsayevanın işini aparan müstəntiq yenidən prokurora işin uzadılması barədə vəsatətlə müraciət etməsə və prokuror da təqdimatla məhkəməyə müraciət etməsə, Zaur Məmmədovun həbs müddəti bitdiyi üçün azad oluna bilər".

Bu sözləri Axar.az-a hüquqşünas Müzəffər Baxışov Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın məhkəmə prosesinin necə olacağı ilə bağlı bəzi məqamlara aydınlıq gətirərkən bildirib.

Hüquqşünas qeyd edib ki, işin uzadılması ilə bağlı müraciət olunmasa, Zaur Məmmədov azadlığa çıxa bilər:

"Qardaşlardan biri barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu səbəbdən 2 aydan sonra onun işini aparan müstəntiq yenidən prokurora işin uzadılması barədə vəsatətlə müraciət etməsə və prokuror da təqdimatla məhkəməyə müraciət etməsə, artıq həmin şəxsin həbs müddəti bitdiyi üçün azad oluna bilər. Bundan başqa, prokuror vəsatətlə məhkəməyə müraciət etsə, məhkəmə onun həbs müddətinin uzadılması barədə qərar qəbul edə bilər. Ancaq mütləq müraciət olmalıdır".

M.Baxışovun sözlərinə görə, ortada olan faktla bağlı hətta işgəncəyə məruz qalan şəxslərin şikayəti olmasa belə cinayət işinə baxılmalıdır:

"Zaur və Elin Məmmədov qardaşları barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221 və 221.2.1 maddəsi ilə cinayət işi başlanılıb. Bu bir qrup şəxs tərəfindən xuliqanlıq hərəkətlərinin törədilməsi deməkdir. Bu Cinayət Məcəlləsinin 221.2.1 maddəsində olan cinayət Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.6 maddəsinə görə, ictimai nizam qaydasında təqdim olunan cinayətdir. Yəni Hamlet İsaxanlının qızının və ya adı hallanan Katya adlı şəxsin olmasından asılı olmayaraq, hər kim döyülübsə, hətta şikayət belə etməyibsə, o cinayət işi üzrə cinayət tədbiri davam etdirilməlidir. Və əgər onlar həqiqətən də xuliqanlıq hərəkətləri ediblərsə və bu sübut olunsa, o iş məhkəməyə verilməlidir. Yəni bu istintaq orqanının vəzifəsidir. Əgər cinayət işi həmin fakta görə başlanılıbsa, sübut olunubsa ki, həqiqətən də onlar xuliqanlıq hərəkətləri törədiblər, bu ictimai nizam qaydasında təqdim olunan cinayətdir. Bu məqamda döyülən, işgəncəyə məruz qalan şəxsin şikayət edib-etməməsi əsas deyil".

Xatırladaq ki, Ülkər İsayeva martın 9-da döyülüb. Hadisə Bakının Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş verib. İki qardaş - Zaur və Elin Məmmədovlar onu fiziki işgəncəyə məruz qoyub. Zaur həbs edilib. Rektor isə iddia edir ki, videodakı onun qızı yox, "Katya" adlı tanışıdır.

Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib.

Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib. Həmin qərardan isə Bakı şəhər Prokurorluğu tərəfindən apellyasiya protesti verilib. Nəhayət, martın 18-də apelyasiya şikayəti təmin edilib və Z.Məmmədov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Tarix
2015.03.30 / 22:59
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla