Yuxarı

Tarixin ən yaxşı 100 romanı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qardian qəzeti tarixin ən yaxşı 100 romanının adını açıqlayıb.

Axar.az sözügedən siyahıda yer alan ilk 30 əsəri təqdim edir:

1. "Don Kixot" – Servantes

Cəngavər və onun köməkçisi Sanço Pansonun macəralarından bəhs edən roman hələ də oxucuları heyrətləndirməkdədir.

2. "Pilqrimin tərəqqisi" – Con Banyan

Ruhdan düşənlərə stimul verən, onları hədəfə doğru ruhlandıran roman.

3. "Robinzon Kruzo" – Daniel Defo

İlk ingilis romanı.

4. "Qulliverin səyahəti" – Conatan Svift

Ortaya qoyduğu problemlərlə hələ də aktual olan möhtəşəm əsər.

5. "Tom Cons" – Henri Fildinq

Cəsarətli yetim bir oğlanın sərgüzəştlərindən bəhs edən və xoşbəxt evliliklə başa çatan kitab.

6. "Klarissa" – Samuel Riçardson

İngilis ədəbiyyatının ən böyük romanlarından biri.

7. "Tristram Şendi" – Lourens Stern

XVIII əsrdə yazılan və dövrünə görə ən çox satılan əsər.

8. "Təhlükəli münasibətlər" – Pyer Şoderlo de Laklo

Epistolyar roman. Fransızlar bu əsərə "bədii metodiki tövsiyə" adını veriblər.

9. "Emma" – Ceyn Ostin

Qürurla mövhumat, xurafat arasında aparılan mübarizə və heç usanmayan, güclü Emma.

10. "Frankenşteyn" – Meri Şelli

"Frankenşteyn" və ya ikinci adı ilə "Müasir Prometey" teatr və kinonun hər zaman gündəmində olan əsərdir.

11. "Qara qoyun" – Onore de Balzak

İki rəqibin qadın uğrunda apardığı mübarizə.

12. "Anna Karenina" – Lev Tolstoy

XIX əsrdə qələmə alınan bu roman dünya ədəbiyyatının ən möhtəşəm əsərlərindəndir.

13. "Devid Kopperfild" – Çarlz Dikkens

Bu avtobioqrafik əsər Dikkensin ən sevdiyi romanı olub.

14. "Ceyn Eyr" – Şarlotta Bronte

Romantik, emosional və bir o qədər də ziddiyyətli süjetə malik olan bu əsər Şarlotta Brontenin ilk romanıdır.

15. "Karamazov qardaşları" – Fyodor Dostoyevski

"Cinayət və cəza"nın müəllifindən şedevr əsər.

16. "Məhkəmə" – Frans Kafka

Yozefin qəribə hekayəsi.

17. "Qadınsız kişilər" – Ernest Heminquey

Heminquey romanları ilə bütün dünyada məşhurluq qazansa da, qısa hekayələri ilə öz imzasını tanıtmağa müvəffəq olmuşdu.

18. "Heklberri Finnin macəraları" – Mark Tven

Gülüş ustası Tvenin şedevri.

19. "Alisa möcüzələr diyarında" – Luis Kerroll

"Alisa möcüzələr diyarında" əsəri ingilis yazıçının ən məşhur əsəridir.

20. "Xanım Dellouey" – Virciniya Vulf

Ceyms Coysun dünya ədəbiyyatına möhürünü vurmuş "Uliss"i varsa, Virciniya Vulfun da " Xanım Dellouey" romanı var.

21. "Balaca qadın" – Luiz Alkott

İngilis xanımlardan bəhs edən və bestseller siyahısına düşən əsər.

22. "Dorian Qreyin portreti" – Oskar Uayld

Bu əsər Oskar Uayldın dərc edilmiş yeganə romanıdır.

23. "Vəba" – Alber Kamü

Əlcəzairdə baş verən hadisələr.

24. "1984" – Corc Oruel

UNESCO-nun qərarı ilə 1984-cü il yazıçının xatirəsinə ehtiram olaraq "Corc Oruell ili" elan edilib.

25. "Lolita" – Vladimir Nabokov

"Lolita" Nabokovun şah əsəridir.

26. "Yüz ilin tənhalığı" – Qabriel Qarsiya Markes

Postmodernizm şedevri.

27. "Gülüş və unutmaq kitabı" – Milan Kundera

Bu əsər avtobioqrafik xarakter daşıyır.

28. "Harun və nağıllar dənizi"– Salman Rüşdi

Kitabda nağıl danışmağı çox sevən Rəşidin birdən-birə bu istedadını itirməyindən söhbət açılır.

29. "Yaxşı əsər" – Ford Madoks

Klassik nitq nümunələrindən ibarət əsər.

30. "Heç kimin gündəliyi" – Corc Qrossmit

"Cənab Puter" obrazı ilə dünya ədəbiyyatına damğasını vuran əsər.

Tarix
2015.03.31 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla