Yuxarı

İnternat evlərinin adları dəyişdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki internat evlərinin fəaliyyəti mütərəqqi beynəlxalq standartlara uyğun qurulmaqla, onlarda göstərilən sosial xidmətlərin dairəsi, habelə reabilitasiya yönümlü işlər genişləndiriləcək. Bununla əlaqədar, ƏƏSMN tərəfindən həmin internat evlərinin nizamnamələrində qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirmələr aparılaraq, müasir tələblərə uyğunlaşdırılıb.

Bu barədə Report-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Hazırda ƏƏSMN-in tabeliyində 18 yaşdan yuxarı şəxslər üçün Şamaxı 1 saylı, Göygöl 8 saylı və Buzovna 9 saylı, habelə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün Şaqan 3 saylı və Saray 7 saylı internat evləri fəaliyyət göstərir. Həmin internat evlərinin ötən əsrin 70-ci illərindən qalan və indiyədək heç bir dəyişiklik aparılmayan nizamnamələri bu müəssisələrdə yaşayan şəxslərə münasibətdə sovet dönəmindən qalma yanaşmaları əks etdirir, onlar üçün daha çox stasionar şəraitin təmin edilməsini, məhdud çərçivədə tibbi və reabilitasiya xidmətlərini nəzərdə tuturdu. Bundan sonra isə qeyd olunan şəxslərə göstərilən tibbi və sosial xidmətlərin çeşidləri artırılmaqla, onların çoxşaxəli reabilitasiya tədbirlərinə (peşə reabilitasiyası, əmək terapiyası və s.) cəlb edilməsi də təmin ediləcək. Eyni zamanda, Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində hər bir uşaqla bağlı onun sağlamlıq imkanları məhdudluğunun ağırlıq dərəcəsinə uyğun fərdi iş planı tərtib olunacaq. Bu plan əsasında onların reabilitasiya potensialının müəyyən olunması və reallaşdırılması üçün lazımi tibbi, psixoloji və fizioterapevtik, həmçinin reabilitasiya yönümlü sosial xidmətlər göstəriləcək.

Yeni nizamnamələrdə ƏƏSMN-in tabeliyindəki internat evlərinin rəsmi adlarında da beynəlxalq yanaşmalara uyğun dəyişiklik edilib. Belə ki, nazirliyin Şaqan 3 saylı və Saray 7 saylı internat evləri artıq "Ağıldankəm uşaqlar üçün internat evi" kimi deyil, "Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evi", 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulan internat evləri isə artıq "Ruhi-əsəb əlilləri üçün internat evi" kimi deyil, "Psixonevroloji internat evi" adlanacaq. "Son illərdə ƏƏSMN-nin sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılması üçün məqsədyönlü işlər aparılıb və bu işlər hazırda da davam etdirilir", - nazirliyin məlumatında bildirilib.

Tarix
2015.03.31 / 10:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla