Yuxarı

Hökumət “Bayraq” şeirini nədən qadağan edib?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bunları oxumaq qadağandır" layihəsində: "Bayraq"

Arif Nihat Asya Türkiyədə həmişə milliyyətçi, vətənpərvər şair kimi tanınıb.

O, 1940-cı ildə "Qurtuluş günü" münasibətlə yazdığı "Bayraq" şeirinə görə də "Bayraq şairi" ləqəbini qazanıb.

Haqqında danışdığımız məşhur "Bayraq" şeiri illərlə orta məktəb dərsliklərində tədris olunsa da, 72 il sonra – 2012-ci ildə Türkiyənin təhsil naziri şair Arif Nihat Asyanın həmin şeirinin dərsliklərə salınmasını qadağan edib. Nazir bu qadağaya səbəb kimi şeirin ikinci bəndini göstərib:

"Sənə mənim gözümlə baxmayanın

məzarını qazacağam.

Səni salamlamadan uçan quşun

Yuvasını dağıdacağam".

Nazirin iddiasına görə, "bu bənddə şiddət var, insan və heyvan sevgisi yoxdur. Bayrağı salamlamadan ötən quşun yuvasını dağıtmaq düzgün bir şeydirmi?"

Bu açıqlamaya türk mediası sərt reaksiya verib: "Bayraq adi bir bez parçası deyil. Hər kəs bayrağımıza bizim gözümüzlə baxmalıdır. İndiyə qədər bayrağı salamlamadığına görə hansı quşun yuvası dağılıb ki? 72 ildir biz bu şeiri oxuyuruq. Bu müddətdə bayrağımızın üstündən, bəlkə, 70 milyon quş uçub. Bu müddət ərzində kim gedib "bu quş bayrağımızı salamlamadan uçub getdi" deyib o quşun yuvasını dağıdıb ki? Ömər Dinçər bizim bu reaksiyamızdan və "Bayraq" şeirindən şikayətçidirsə, niyə nazir vəzifəsindədir? Arif Nihat şairanə bir dillə quşların belə bayrağımıza sayğılı davranmasını istədiyini bildirib. Yaxşı ki, Ömər Dinçər sevgilisinə ulduzlardan tac düzəltmək istəyən şairlərimizi "zır dəli" adıyla tutub həbsə atdırmır. Nə günlərə qaldıq, ya Rəbbim! Oturub hönkür-hönkür ağlayacaq zamandayıq".

Bu cür reaksiyalar nə dərəcədə haqlıdır, onu deyə bilmərik. Amma fikrimizcə, Ömər Dinçərin dediyində haqq var. Sevdiyinə ulduzdan tac qoyan şairin şeiri yasaqlana bilməz, çünki həqiqət olmasa belə (zatən ədəbiyyat elə "olmayan" deməkdir), şiddəti də təbliğ etmir. Amma şeirin ikinci bəndindəki misralar azyaşlı məktəblilərdə heyvanlara, quşlara aqressiya oyada bilər.

Şeir hamı üçün qadağan olunmur, sadəcə, orta məktəbdə tədrisinə icazə verilmir, bu da normaldır. Ümumiyyətlə, bu cür şeirlər elə verilməsə, yaxşıdır. Azyaşlı uşaqları vətənpərvər, şovinist ruhda yetişdirmək, mənə görə, düzgün deyil, onlar hansı yolu seçəcəklərini özləri böyüdükcə müəyyənləşdirəcəklər, biz onlara basqı edirik, vətəni, bayrağı sevmələri üçün mənəvi zor tətbiq edirik.

Axar.az "Bayraq" şeirini təqdim edir:

Ey mavi göylərin bəyaz və qızıl bəzəyi,

Bacımın gəlinliyi, şəhidimin son örtüyü!

İşıq-işıq, dalğa-dalğa bayrağım,

Sənin dastanını oxudum,

sənin dastanını yazacağam.

Sənə mənim gözümlə baxmayanın

məzarını qazacağam.

Səni salamlamadan uçan quşun

Yuvasını dağıdacağam.

Dalğalandığın yerdə nə qorxu, nə kədər...

Kölgəndə mənə də, mənə də yer ver!

Sabah olmasa, günəş doğmasa nə olar?

Yurda ay, ulduzun işığı yetər.

Müharibə bizi qarlı dağlara apardığı gün

Qızıllığında isindik.

Dağlardan çöllərə saldığı gün

Kölgənə sığındıq.

Eh, indi süzgün, küləklərdə dalğalı,

Sülhün göyərçini, müharibənin qartalı,

Yüksək yerlərdə açan çiçəyim,

Sənin altında doğuldum,

Sənin dibində öləcəyəm.

Tarixim, şərəfim, şeirim, hər şeyim,

Yer üzündə yer bəyən!

Sancılmaq istəsən hara,

Denən, səni sancım ora!

Tarix
2015.03.31 / 12:25
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla