Yuxarı

Soyqırımdan dəhşətli görüntülər – Tarixi fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 31 mart Azərbaycanlıların Soyqırım Günüdür.

1917-ci ildə Bakıda bolşevik Bakı soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirdi. Bakı sovetinin rəhbərliyində olan erməni Stepan Şaumyan bir müddət sonra erməni daşnakları ilə bolşeviklər arasında müttəfiqliyi təmin etməyi bacardı.

Tezliklə yaranmış bu ittifaqdan istifadə edən Şaumyan azərbaycanlılara qarşı hücumlara başladı. Ölkədə yaranmış boşluq, vahid qüvvənin olmaması və azərbaycanlıların özünü müdafiə edəcək silahlı dəstələrə sahiblənməməsi bolşevik-daşnak qoşunlarının rahat şəkildə hərəkətinə şərait yaratdı. Qısa müddət ərazində Bakı, Şamaxı, Quba, Kürdəmir, Salyan, Lənkəranda qırğınlar törədildi. Təkcə bir gün ərzində Bakıda 12 min insan öldürüldü. Xarici mənbələr isə bu sayın 25 min nəfər olduğunu bildirirlər.

Bundan sonra bölgələrə hərəkət edən erməni daşnak-bolşevik birlikləri burada 30 mindən çox insanı qətlə yetirdilər. Qısa müddət ərzində Şamaxıda 58 kənd dağıdıldı və 7 min nəfər (1653 qadın və 965 uşaq olmaqla) qətliamın qurbanı oldu. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan olundu.

Sentyabra qədər davam edən qırğınlar zamanı 50 mindən çox insan qətlə yetirildi. Azərbaycan isə erməni daşnak-bolşevik birləşmələrindən yalnız 1918-ci ilin sentyabrında canının tam qurtarmış oldu. Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını işğaldan azad etdikdən sonra ermənilərin azərbaycanlılara qarşı qətliamını dayandırmaq mümkünləşdi.

Azərbaycan Xalq Cümhuriyyətinin zamanında, parlamentdə yaradılan xüsusi komissiya soyqırım qurbanlarının siyahıya alınması, şahidlərin dindirilməsi, sübutların toplanması və arxivləşdirilməsində, dünyaya təqdimatında böyük işlər görsə də, 1920-ci il aprelin 28-də Rusiyanın Azərbaycanı işğal etməsi ilə proses dayandırıldı.

Soyqırıma hüquqi qiymət bir də 20-ci əsrin sonlarında verildi. Prezident Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı sərəncamla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edildi.

Axar.az bu dəhşətli soyqırımı özündə əks etdirən tarixi fotoları təqdim edir:

Tarix
2015.03.31 / 12:59
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla