Yuxarı

Samboçumuz ermənilərdən üzr istəyib?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanlı samboçu Moskvada dünya çempionatının mükafatlandırma mərasimindəki hərəkətinə görə üzr istəyib". Musavat.com erməni saytına istinadən xəbər verir ki, bunu Ermənistanın Sambo Federasiyasının sədri Levon Ayrapetyan bildirib.

"Erməni idmançı Aşot Danileyan çempionatda qızıl medal qazandı. Azərbaycanlı Bəxtiyar Abbasov isə belarus Sergey Lesyakla üçüncü yeri bölüşdülər. Ermənistanın himni səslənərkən azərbaycanlı idmançı qalib ölkənin himni olaraq, onu ayaq üstə dinləmək əvəzinə - hansını ki, hər bir idmançı edir - nümayişkaranə şəkidə oturdu" – federasiya rəhbəri bildirib.

"Bu, etiket normalarının pozulması idi və konkursda iştirak edən Azərbaycan rəhbərliyi tərəfindən də neqativ qarşılandı. Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi mənə yaxınlaşaraq şəxsən üzr istədi və əmin elədi ki, onlar idmançı ilə izahat işi aparacaqlar. Pyedestaldan enən azərbaycanlı idmançı da Aşot Danielyana yaxınlaşdı və üzr istədi" - əlavə edib Ayrapetyan.

Qeyd edək ki, yarışları izləmiş Azərbaycanın Rusiyadakı səfiri Qüdsü Osmanov artıq bu iddianı təkzib edib və onu uydurma adlandırıb.

Tarix
2015.03.31 / 20:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla