Yuxarı

Bakıda dəhşət: 10 maşın toqquşdu, ölən var - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Dərnəgül şosesində ağır yol nəqliyyat hadisəsi baş verib, 10 maşın bir-birilə toqquşub, ölən var.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, saat 23 radələrində Dərnəgül şossesinin Nərimanov rayonuna aid ərazisində 02 BL 304 dövlət nömrə nişanlı "Lifan" markalı maşınla 90 LN 425 dövlət nömrə nişanlı "Mercedes" toqquşub. Bu zaman arxadan sürətlə gələn 99 GK 743 dövlət nömrə nişanlı "Daevo Gentra" və 90 SR 038 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil də onlara çırpılıb.

Şossedə sürətlə hərəkət edən 90 LH 816 dövlət nömrə nişanlı "Mitsubishi" markalı avtomobil də qəza törətmiş digər avtomobillərə çırpılıb.

Sürətlə gələn 90 JN 260 dövlət nömrə nişanlı "MAZ" da qəza törətmiş avtomobillərə çırpılıb. Şossedə hərəkətdə olan 10 ZE 823 dövlət nömrə nişanlı "KAMAZ" isə "MAZ"a çırpılıb.

"KAMAZ"ın sürücüsü dərhal hadisə yerində ölüb.

"KAMAZ"ın çırpıldığı "MAZ" isə zərbənin təsirindən yolda hərəkətdə olan 10 HB 688 dövlət nömrə nişanlı "VAZ 2107"ə, o da öz növbəsində 90 EN 793 dövlət nömrə nişanlı "Mercedes"ə çırpılıb. "Mercedes" isə 90 LP 329 "Shevrolet Aveo" ilə toqquşub.

Hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları işləyir. Magistralda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Hadisə nəticəsində bir nəfər ölüb, ağır xəsarət alan olmayıb.

Tarix
2015.04.01 / 01:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla