Yuxarı

Proses məcrasından çıxır: İran Rusiyanı əvəz edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qərblə münasibətlərin dəyişməsi təkcə Rusiya amili ilə bağlı deyil".

Bu sözləri Axar.az-a açıqlamasında İran-Qərb yaxınlaşmasını və bu fonda Rusiya amilini şərh edərkən millət vəkili Zahid Oruc deyib. O bu yaxınlaşma ilə Qərbin, əslində, iki ziyandan birini seçdiyini bildirib:

"Rusiya-Ukrayna konflikti fonunda Qərb İranın müxtəlif planlardakı potensiallarından yararlanmağı düşünürsə, bu o deməkdir ki, iki ziyandan birini seçməli olur. Yəni Avropa ölkələri üçün burada yaxşı və pis arasında seçim sualı qoyulmayıb. Qeyd edim ki, Avropanın baxışları da kifayət qədər ehtiyatlıdır. Onların əsas aparıcı mətbuat orqanlarında, xüsusilə də Fransa mediasında arqumentlər səsləndirilir ki, İran enerji ehtiyatlarına görə yenidən Qərbin müttəfiqinə çevrilərsə, böyük imkanlar əldə edəcək və bununla da öz nüvə silahını yaradacaq. Nəticədə İran daha da cilovlanmaz hala gələrək dünya üçün öz təhlükəsini artıracaq. Bu, həqiqətən də real perspektivdir. O zaman paradoksal bir sual meydana çıxır. Rusiyadan İrana qarşı istifadə edən, nüvə dialoqunun uzun müddət əsas təminatçısı olan Qərbin əks planı işləyirmi? Cavab çox sadədədir. Yəni Qərb gec-tez, bir gün ayılacaq ki, İran dünya üçün kütləvi qırğın silahlarının yaradıcısına çevrilib. Buna görə də məsələ göründüyündən də qəlizdir".

ABŞ və Avropanın əsas dövlətlərinin siyasi elitasının nümayəndələri ilə İran rəhbərlərinin açıq və gizli danışıqlarının davam etdiyini bildirən millət vəkili yeni dönəmin başladığını açıqlayıb:

"Qərb İranı nəzarətdə olan təcrid kursu altında saxlayacaq. Çünki embarqoları tamamilə ortadan qaldırmaq qeyri-mümkündür və bu yaxınlaşma İrana qarşı birxətli Kuba siyasəti kimi başa düşülə bilməz. Amerika qitəsində yerləşən ölkələrin oynadığı rol və doğura biləcəyi təhlükə İranla eyni çəkini daşımır. İkincisi, İran bir müsəlman ölkəsidir. Üçüncüsü, İran xüsusi iddialara malik və imperiya kursunu daşımağa meyillidir. Buna görə də Qərbin İranı məlum daxili quruluşdan kənara çıxararaq tamamilə müttəfiqinə çevirməsi qeyri-realdır. İndi İran müvəqqəti olaraq sanki Rusiyanı əvəz etməyə başlayacaq. Proses indinin özündə Moskva tərəfindən də izlənilməkdədir".

Millət vəkili son zamanlar Kremlin yüksək çinli nümayəndələrinin İrana səfərinin heç də səbəbsiz olmadığını vurğulayıb:

"Rusiya-İran müttəfiqliyi parçalansa, onda onların gücü azalacaq və bu, hər iki tərəfin Qərbin əli ilə sarsıdılmasına gətirib çıxaracaq. Tərəflər bunun fərqindədirlər. Çox gərgin və mürəkkəb parametrli bir siyasi dönəm başlayıb. İran isə prosesləri ustalıqla izləyərək buna adekvat öz kontur siyasətini qurur və fəal şəkildə keçmiş mövqelərini qaytarmaqla izolyasiyadan çıxmaq üçün addımlar atır".

Tarix
2015.04.01 / 09:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla