Yuxarı

İcra başçısından yazıçı-prezidentə şok qadağa

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsəndə yazıçı Çingiz Abdullayevin kitablarının satışı qeyri-rəsmi qadağan olunub.

Axar.az-ın çox mühüm qaynaqdan əldə etdiyi məlumata görə, rayon icra başçısı Əhəd Abıyev yazıçının əsərlərinin satışını onun "Neftçi" prezidenti seçilməsinə etiraz olaraq bu gündən yasaqlayıb. Daşkəsəndə fəaliyyət göstərən kitab mağazalarında Ç.Abdullayevin romanları yığışdırılıb. İcra başçısının bu addımı atmasına səbəb onun "Xəzər-Lənkəran" azarkeşi olmasıdır.

Masallıda anadan olan icra başçısı cənub klubunun fanatıdır və ona dəstək verir. Lənkəran komandasının maliyyəçisi Mübariz Mənsimovun da Masallıdan olması Ə.Abıyevin klubun əzəli rəqibi "Neftçi"yə antipatiyası ilə müşahidə olunur.

Ç.Abdullayevin "Neftçi"yə rəhbər gətirilməsinə də ilk etiraz məhz Daşkəsəndən başlayıb və kitabları "samizdat" elan olunub.

Xatırladaq ki, yazıçı prezident seçilməsini belə şərh edib: "Bu təklifi eşidən kimi razılıq verdim. Son iki gündə bu barədə çox oxudum. Mən futbolu çox sevirəm. Biz hüquq fakültəsində oxuyanda – 1976-cı ildə böyük komanda yaratmışdıq. Hətta həmin vaxt "Neftçi"ni də məğlub etmişdik. O vaxt başa düşürdüm ki, məndən güclü oynayanlar var. İndi görürəm ki, mənim bu təyinatımı tənqid edənlər var. "Yazıçının futbolda nə işi var?" deyənlər var. Amma mən futbolu bilirəm. Ona da söz verirəm ki, meydana çıxmayacam".

Tarix
2015.04.01 / 10:46
Müəllif
1 Aprel
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla