Yuxarı

“Diqqət! Düşmən mətbuatıdır”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Ekspert Mərkəzi (JEM) Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Diqqət! Düşmən mətbuatıdır" adlı layihəyə başlayır.

JEM-dən Axar.az-a verilən məlumata görə, layihənin əsas məqsədi ölkə mətbuatında dövlət və hərbi sirri təşkil edən, milli təhlükəsizliyimizə xələl yetirən, eləcə də düşmən mətbuatına istinadən verilən təxribat xarakterli informasiyaların qarşısını almaq, media nümayəndələri arasında maarifləndirmə işləri aparmaqla problemin həllinə yardımçı olmaqdır.

Təşkilat nümayəndələri layihə çərçivəsində jurnalistlərlərlə müzakirələr aparacaq, hansı informasiyaların hərbi sirr təşkil etdiyini göstərən qeydlərin və bu tip məlumatların yayılmasını qadağan edən qanunlardan çıxarışların əks olunduğu xüsusi bildiriş lövhələri redaksiyalara təqdim olunacaq.

Layihədə cəbhə bölgəsində yerləşən hərbi hissələrdən bir neçəsində əsgərlərlə görüşlərin keçirilməsi də nəzərdə tutulub. Bu kimi görüşlərdə əsgərlərimizə kommunikasiya imkanlarından istifadə edərək cəbhə bölgəsində baş verənlərin çəkilməsi və internetə yerləşdirilməsinin ziyanlı tərəfləri izah olunacaq.

Layihə müvafiq dövlət qurumları ilə əməkdaşlıq şəraitində həyata keçiriləcək.

Qeyd edək ki, "Diqqət! Düşmən mətbuatıdır" adlı Feysbuk səhifəsi də JEM-in layihəsinin tərkib hissəsidr. Səhifə artıq fəaliyyətə başlayıb.

Tarix
2015.04.01 / 12:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla