Yuxarı

Yadplanetlilər Londona endi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 aprel bütün dünyada həm də Gülüş Günü kimi qeyd olunur. Artıq bütün dünyada bu gün insanların bir-birilə zarafat etməsi ənənə halını alıb. Hətta tanınmış media qurumları da müxtəlif vaxtlarda insanlarla zarafat etməyi yaddan çıxarmır.

Axar.az dünya mediasında yer almış 1 aprel zarafatlarını təqdim edir.

Yerin qravitasiyası dəyişəcək

1976-cı ildə britaniyalı astronom Patrik Mur BBC radiosu ilə çıxış edərək bir neçə dəqiqədən sonra planetlərin paradının başlayacağını və Yer, Yupiter və Plutonun yanaşı düzüləcəyini bildirir. Alim bu hadisənin təsadüfi bir hadisə olduğunu, buna görə Yer kürəsinin qravitasiyasının dəyişəcəyi və insanların çəkisizlikdə qalacağını deyir. Mur dinləyicilərə məsləhət görür ki, bir anlıq çəkisizlik hissini yaşamaq üçün yerli vaxtla saat 9:47-də hamı bacardığı qədər tullanmalıdır.

Bir neçə dəqiqədən sonra radioya zəng edən bir dinləyici çox hündürə tullandığı üçün başının tavana dəydiyini bildirir.

Niksonu doladılar

1992-ci ildə solçu NPR radiosu Riçard Niksonun (ABŞ-ın keçmiş prezidenti) "Pis heç nə etmədim və bir daha pis heç bir şey etməyəcəyəm" şüarı ilə prezidentliyə namizəd olduğunu açıqlamışdı. Bu addım Niksonun səsini təqlid edən şəxs üçün uğurlu alınmışdı.

Kapron corablı televizor

1962-ci ilin aprelin 1-də İsveçin ağ-qara yayımlanan telekanalının efirinə çıxan texnoloq yeni və çox sadə bir üsulla tamaşaçıların rəngli televizor izləyə biləcəklərini deyir. Texnoloq bildirir ki, bunun üçün televizorun ekranına qadın kapron corabları keçirilməlidir. Onun bu açıqlamasından sonra yüzminlərlə insan bunu sınaqdan keçirmişdi.

Solaxaylar üçün hamburger

1998-ci ildə "Burger King" restoranlar şəbəkəsi "USA Today" qəzetinə verdiyi elanda məşhur "Whopper" hamburgerinin əvəzinə 32 milyon solaxay amerikalı üçün hamburger satışa çıxaracağını açıqlamışdı. Bu elandan sonra yüzminlərlə amerikalı restorana həmin hamburger üçün müraciət etmişdi.

Qəribə heyvan

1995-ci ildə "Discover" jurnalı Aprile Pazzo adlı bioloqun Antarktidada başı yastı sümüklərdən ibarət olan və pinqvinləri tutmaq üçün buzu çox sürətlə əridən yeni heyvan növünü aşkar etdiyini yazmışdı.

Yadplanetlilər Londona endi

31 mart 1989-cu ildə Londonda minlərlə sürücü səmada uçan boşqabın şəhərə enmək istədiyini görür. Çoxları bu qəribə cihazın Londonun yaxınlığındakı bir əraziyə enməsinin şahidi olur. Yerli əhali dərhal polisə zəng edərək, yerə yadplanetlinin düşdüyünü xəbər verir. Hadisə yerinə gələn polislər əllərindəki dəyənəklərlə qorxa-qorxa qəribə cihaza yaxınlaşırlar. Qapı açılanda isə içəridən gümüşü rəng paltar geyinmiş "Virgin Records" şirkətinin sədri Riçard Branson çıxır. Həmin qəribə cihaz isə uçan boşqaba bənzədilmiş hava şarı imiş. Branson hava şarı ilə aprelin 1-də Londonun Hayd-Park adlı ərazisinə düşməyi planlaşdırıb, ancaq külək onu vaxtından əvvəl şəhərin kənarına çatdırıb.

Maradona "Spartak"da

1988-ci ildə "İzvestiya" qəzeti dünya şöhrətli futbolçu Dieqo Maradonanın Moskvanın "Spartak" klubuna 6 milyon dollara transfer edildiyini yazıb. Tezliklə qəzet bunun bir 1 aprel zarafatı olduğunu bildirir. Lakin "Assoşeyted Press" agentliyi bu hadisəyə çox ciddi yanaşır. Buna səbəb isə sovet nəşrlərinin heç vaxt belə zarafatlar etməməsi idi.

Sokratın məzarı tapıldı

1995-ci ildə Yunanıstanın Mədəniyyət Nazirliyi arxeoloqların Akropol rayonu yaxınlığında Sokrata aid məzarın tapıldığını elan edir.

Nazirlik hətta qəbirdən Sokratın ölümünə səbəb olan zəhərin saxlanıldığı qabın qalıqlarının da tapıldığını bildirir. "Frans Press" Agentliyi dərhal bununla bağlı məlumat yayır. Agentlik əməkdaşları bunun 1 aprel zarafatı olduğunu başa düşmür.

Göyərçinli internet

"Samsunq" şirkətinin Britaniya şöbəsi aprelin 1-də londonluları sevindirəcək bir xəbər verir. Şirkət bildirir ki, bundan sonra şəhərdə "Wi-Fi-lı göyərçinlər" olacaq.

Mütəxəssislər izah edib ki, onlar quşlara kiçik routerlər quraşdıracaq və bu, dünyada ən etibarlı şəbəkə olacaq. Çünki göyərçinlər elektrik ötürücüləridir. Onlar elektrik xətlərinin üzərində oturan zaman internet də işə düşəcək.

Tarix
2015.04.01 / 13:19
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla