Ana səhifə Toplum |
Nazirlər Kabineti Birinci Avropa Oyunlarının keçirilməsi
ilə əlaqədar Bakıda iş vaxtı rejiminin dəyişdirilməsi barədə
sərəncam verib.
Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə,
sərəncamda qeyd edilir ki, 2015-ci ildə Bakı şəhərində I Avropa
Oyunlarının keçirilməsi ilə əlaqədar Nəqliyyat vasitəlarinin
maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və
tamaşaçıların ictimai nəqliyyat sisteminin (metro və avtobus)
mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait
yaratmaq məqsədi ilə 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakı
şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə
və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxtı rejimi
asasında və təhsil müəssisələrində işləyonlar istisna olmaqla) əmək
funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi aşağıda göstərildiyi
kimi pilləli şəkildə təşkil edilməlidir:
- isçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək;
- işçilərin 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək;
- işçilərin 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək;
- işçilərin 25 faizi üçün saat 9:30-dan saat l8:30-dək;
Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və
təşkilatlarında çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi
əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək
funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin göstərildiyi kimi
pilləli şəkildə təşkili tövsiyə edilir:
- işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dək;
- işçilərin 50 faizi üçün saat 8:30-dan saat 17:30-dək.
Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 24 oktyabr tarixli 342s nömrəli sərəncamının 2-ci
hissəsində "iyunun 10-dan 30-dək" sözləri "mayın 1 -dən iyulun 1
-dək" sözləri ilə əvəz edilir.
Gənclər və İdman Nazirliyi, Nəqliyyat Nazirliyi Bakı Şəhər İcra
Hakimiyyətinə tapşırılıb ki, bu sərancamda nəzərdə tutulmuş
tədbirlərlə bağlı əhalinin 2015-ci il aprelin 1-dən etibarən
kütləvi informasiya vasitələri ilə məlumatlandırılmanı təmin
etsinlər. Eləcə də, Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra
Hakimiyyəti Bakı şəhərində avtonəqliyyat vasitələrinin qeyri-qanuni
parklanma hallarının aradan qaldırılması üçün 2015-ci il aprelin
1-dən etibarən kütləvi informasiya vasitələri ilə ictimai təbliğat
və məlumatlandırma işlərinin aparılmasını təmin etməlidirlər.
Tarix
2015.04.01 / 15:00
|
Müəllif
Axar.az
|