Yuxarı

Əhəd Abıyev yazıçıya yasaq qoymasından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayon icra başçısı Əhəd Abıyev yazıçı Çingiz Abdullayevin "Neftçi" klubuna prezident seçildikdən sonra onun kitablarının rayondan yığışdırılması barədə tapşırıq verməsi xəbərinə münasibət bildirib.

Axar.az-a danışan icra başçısı deyib ki, doğrudan da "Xəzər Lənkəran"ın fanatıdır, amma yayılan xəbər yalandır:

"Kim yayıb bu xəbəri? Niyə yalan yazırlar? Mən "Xəzər-Lənkəran"ın azarkeşiyəm, ancaq "Neftçi" də bizim gəncliyimizin klubudur. Mən heç Çingiz Abdullayevə buna görə qadağa qoyaram? Çingiz Abdullayev Bakıda mənimlə qonşu olub, onunla münasibətim çox yaxşıdır".

Xəbərin 1 aprel zarafatı olduğunu öyrənəndə isə Əhəd Abıyev bildirib ki, Gülüş gününü tamam unudub:

"1 aprel olduğunun fərqinə varmamışdım… Ümumiyyətlə, 1 apreldə həddi aşmayan, nəticədə ancaq gülüş doğuran zarafatlara yaxşı baxıram. Ancaq indiyədək özüm heç vaxt 1 aprel zarafatı etməmişəm. Əvvəllər jurnalistlərin 1 apreldə daha çoxsaylı xəbərləri olurdu, həm də bu, dünya mediasında bir ənənə idi. Amma son illər bunu az müşahidə edirik, yəqin ki, bu da qlobal konfliktlərdən doğan psixoloji gərginliklərlə bağlıdır. Əksinə, hesab edirəm ki, məhz bu gərginlikdə zarafatlar yerinə düşərdi. Əslində, zarafat dostlarla olur. Jurnalistlərə də təşəkkür edirəm ki, məhz məni özlərinə dost seçdikləri üçün 1 apreldə mənimlə bağlı xəbər yazıblar".

Ə.Abıyev Çingiz Abdullayevi də təbrik edib: "Çingiz Abdullayevi ürəkdən təbrik edirəm, arzulayıram ki, bu seçim "Neftçi"yə uğur gətirsin".

Qeyd edək ki, Əhəd Abıyev "editor.az" saytına da bu haqda açıqlama verib: "Məsələylə maraqlandım. Məlum oldu ki, mənimlə 1 aprel zarafatı ediblər. Axı bu gün adam aldatdı günüdür. Dedim, yekə kişisiz, adamsız, başınıza söz qəhətdir, bu nə məlumatdır, yaymısız. Çingiz Abdullayev mənim dostumdur. Biz onunla qonşu olmuşuq. Düzdür, Mübariz Mənsimov da qardaşdır. Onların hər ikisinin xətrini çox istəyirəm. Daşkəsəndə kitab mağazası var ki, orada hanısa kitabın satışına qadağa qoyulsun?! Bizim rayonda ümumiyyətlə kitab mağazası yoxdur".

Xatırladaq ki, Axar.az "Xəzər-Lənkəran" fanatı Əhəd Abıyevin "Neftçi"yə yeni prezident seçilən Çingiz Abdullayevə qarşı kamapaniya apardığı və onun kitablarını rayon ərazisindən yığışdırdığı barədə 1 aprel zarafatı tirajlayıb.

Tarix
2015.04.01 / 16:41
Müəllif
Vasif Həsənli
Şərhlər
Digər xəbərlər

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla