Yuxarı

Mixalkov rejissorlarımıza dərs keçdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Kinematoqrafçılar İttifaqının sədri, Rusiya Mədəniyyət Fondunun prezidenti, məşhur kinorejissor Nikita Mixalkov kinematoqrafçılarımızla görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a verilən məlumata görə, dünən sənətkar Nizami Kino Mərkəzinin mətbuat klubunda Azərbaycan kinematoqrafçıları ilə görüşüb və gənc rejissorlara ustad dərsi keçib.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova qonaq haqqında ətraflı məlumatı iştirakçıların nəzərinə çatdırıb. O, bildirib ki, ilk filmini 28 yaşında çəkən Nikita Mixalkov tezliklə öz dəsti-xətti ilə seçilən rejissorların sırasında yer alıb. Uzun illərdir Rusiya Kinematoqrafçılar İttifaqına sədrlik edən sənətkarın yaratdığı Kino Akademiyasında təhsil alan aktyor, rejissor və operatorların sayı ildən ilə artır.

Sonra söz qonağa verilib. Nikita Mixalkov Bakıya səfərindən və belə görüşün təşkil edilməsindən məmnunluğunu ifadə edib.

Rejissor qeyd edib ki, Bakıya qısamüddətli səfəri zamanı azərbaycanlı həmkarları ilə fikir mübadiləsi apararaq gələcəkdə bir sıra layihələrin reallaşmasına imza atmaq niyyətindədir. Yaratdığı Kino Akademiyasının fəaliyyəti barədə geniş məlumat verən rejissor bildirib ki, kino həm də sosial xətdir. Elə bu səbəbdən də akademiyada təhsil alanlar öz istedadları ilə seçilirlərsə, bu zaman onlar təhsil haqqının yalnız 10%-ni ödəyirlər.

Kino təcrübəsindən söz açan Nikita Mixalkov qeyd edib ki, kino kollektiv, ailəvi sənətdir. Çəkiliş meydançasında bir araya gələn rejissor, operator, aktyor və texniki işçilər əgər çəkiliş boyunca bir ailə kimi atmosferi qoruya bilmirlərsə, bu ailənin yaradacağı yeni körpəni, yəni filmi hamı eyni dərəcədə sevmirsə, bu zaman mütləq nəsə çatışmazlıq baş verəcək. Ona görə də kino sənətində, çəkiliş meydançasında həm mehriban, həm sevincli, həm də sərt və ciddi olmaq vacib şərtdir. Yalnız bu zaman gözəl sənət nümunəsi yarana bilər.

Rejissor həmçinin bildirib ki, teatr səhnəsindən fərqli olaraq, aktyor üçün kinoda oynamaq daha çətindir. Çünki teatrda aktyor tamaşaçını hiss edə bilir, kinoda isə o təkdir. Məhz buna görə də çəkiliş zamanı bütün heyət aktyoru duymalı, onun oyununa həssas yanaşmalıdır:

"Kinonu çəkmək çox çətindir. Yaxşı, yaxud pis - fərq etməz. Buna görə də bütün heyət bir-birinin uğuruna sevinməli, məhəbbət və sevgi olmalıdır. Bunlar olmadısa, o film təbii alına bilməz. Bu isə çox çətin mərhələlərdən keçən bir prosesdir".

İki saatdan çox davam edən ustad dərsindən sonra rejissor azərbaycanlı gənc kino mütəxəssislərinin suallarını cavablandırıb, intellektual kino, Amerika kinosu və müasir zaman, filmlərindəki mesajlarla bağlı fikirlərini bölüşüb. Nüfuzlu kino festivallarının mükafatçısı, "Oskar" laureatı Nikita Mixalkov öz uğurlarının səbəbi və ümumilikdə dünya kinosu ilə bağlı sualları da cavablandırıb.

Tarix
2015.04.01 / 17:00
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla