Yuxarı

Erməni tələsi: İndi də türkmənlər abidəmizə yiyə çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ərazisindəki Azərbaycan türklərinə məxsus Əmir Səəd məqbərəsi Türkmənistan abidəsi kimi göstərilib.

Axar.az xəbər verir ki, bu barədə məlumat Türkmənistan dövlət agentliyinin rəsmi saytında yerləşdirilib.

Ermənistanda keçirilən Türkmənistan günlərini işıqlandıran agentliyin məlumatına görə, Arqavand (Cəfərabad) kəndi yaxınlığındakı sərdabə türkmən bəylərindən olan Sadlı sülaləsinə aiddir. Agentlik bu barədə məlumatı 25 mart tarixində yayımlayıb.

Qeyd edək ki, Əmir Səəd məqbərəsi Qaraqoyunlu əmirlərindən olan Əmir Səədin oğlu Pir Hüseyn tərəfindən 1413-cü ildə inşa etdirilib. Hələ Əmir Səədin sağlığında onun hakimiyyəti altında olan ərazilər Çuxur Səəd, yəni Səədin çuxuru adlandırılırdı. Çüxur-Səəd əmirliyinin tabeçiliyinə hazırda Türkiyənin İqdır vilayətinin düzənlik ərazisini əhatə edən, o zaman isə Sürməli adlanan ərazi və Ağrı dağı vadisi daxil idi. Pir Hüseynin idarəçiliyi dövründə əmirliyin sərhədləri Qars şəhəri və onun ətrafındakı ərazilərdən ibarət idi. Teymurilərin Azərbaycanda hakimiyyətinə son qoyan Qara Yusif 1406-cı ildə bölgənin idarəçiliyini yenidən Səədli tayfasının başçısı Əmir Səədə həvalə edir. 1411-ci ildə Əmir Səəd vəfat edir. Əmir Səədin vəfatından iki il sonra – yəni 1413-cü ildə Pir Hüseyn atasının məzarı üzərində həmin məqbərəni tikdirir.

Onu da xatırladaq ki, Əmir Səəd məqbərəsi ilə bağlı bu ilk belə hadisə deyil. Hələ 2012-ci ildə Qurbanqulu Berdiməhəmmədov Ermənistanda səfərdə olarkən ermənilər onu Cəfərabad kəndinə apararaq, abidədən türkmən abidəsi kimi müdafiə etdiklərini söyləmişdilər. Bundan sonra isə Türkmənistanla Ermənistan arasında əlaqələr genişlənmişdi. Ən qəribəsi isə ermənilərin indiyə qədər bu abidəni qəsdən türkmən məqbərəsi adlandırmasıdır.

Tarix
2015.04.01 / 18:46
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla