Yuxarı

Nobel ödüllü yazar aktyor oldu və…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hamı bir müddətlik başqa birisinin həyatını yaşamaq istəyər. Aktyorluq da mənim kimi yazıçı üçün həyəcanverici peşədir".

Axar.az xəbər verir ki, bu sözləri Nobel mükafatçısı 78 yaşlı Mario Varqas Lyosa "Telegraph"-a açıqlamasında deyib. O, İspaniyada səhnələşdirilən "Tales of the Palgue" əsərində aktyor kimi çıxış edib. Bununla yanaşı, Lyosa müasir ədəbiyyatdan uzaqlaşdığını da deyd edib: "Müasir romanlar çox təsirli bir texnika ilə yazılır, ancaq bu ədəbiyyat deyil, sadəcə əyləncədir. Ədəbiyyatın sosial və siyasi təsirini daha az idarə etmək mümkündür. Müəyyən mövzularda yazaraq, bəzi şeylərin dəyişməsində təsirli ola biləcəyimi düşünmüşəm. İndi isə tamamilə yanıldığımı qəbul edirəm. Ancaq ədəbiyyatın təsirinin heç olmadığına da inanmıram. Mən daha çox oxucuda tənqidi baxışı formalaşdırmağa çalışıram".

Xatırladaq ki, Latın Amerika yazıçısı hakimiyyət strukturunun detallı açıqlamasına və insanın mübarizəsi, üsyanı və məğlubiyyətinin kəskin təsvirinə görə 2010-cu ildə Nobel Ədəbiyyat Ödülünü qazanıb.

Tarix
2015.04.01 / 22:17
Müəllif
Rövşən Danyeri
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla