Yuxarı

Yolçəkən Səməd Vəkilov...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səməd Vəkilovu çoxdan tanıyan biri kimi onu tanımayanlara deyim ki, siz bir hüquqşünasın, bir jurnalistin və əlbəttə, bir vətəndaşın mübarizə və canatımlarından, narahatlıq və qayğılarınndan, şahid olduqlarından və görməyi arzuladıqlarından xəbərsiz qalmısız. İzn verin, 40 yaşının tamamında bir balaca bələdçilik edim.

Ola bilsin, dostumun adını-familini oxuyub, bir balaca fikrə gedən, yaddaşını qurdalayıb, ad-familin tanış gəldiyini düşünən, gülümsünənlər çox olacaq. Ona görə də deyim: Bəli, bu, jurnalist, hüquqşünas, insan hüquqları ilə məşğul olan Səməd Vəkilovdur.

Hər bir kəs ilahi və dünyəvi mənada başdan-başa, bütövlükdə və tamam-kamal öz taleyinin yiyəsi olmaya bilər, amma hər insan seçdiyi ixtisasın, peşənin, işlədiyi sahənin sahibi və adamı olmağa məhkumdur. Bundan qaçmağa yol yoxdur, zatən. Bu baxımdan Səməd Vəkilovu bizə və sizə - hamıya tanıdan, onun haqqında gərəkli təəssürat yaradan, bələdçi məlumatlar ötürən ilk mənbə və qaynaq seçdiyi ixtisas, çalışdığı sahələrdir.

Səməd Vəkilovun iş və peşə seçimləri onun fitrətinin və təbiətinin qayə və məzmunu ilə müəyyənləşib. Onu daim problemlərə, çətinliklərə, insan talelərinə və bunların kontekstində və fonunda mübarizəyə doğru aparıb. O da qaçmayıb, geri durmayıb, çəkinməyib və çəkilməyib. Gedib. Jurnalistikada olub. Ağrılı mövzulara girişib, çətinə düşmüş insanlara, problemlərə əl uzadıb. Dəyərli şəxsiyyətlərlə ünsiyyət bağlayıb, onlarla özü arasında rabitə yaradıb, kanal açıb, eyni mənəvi-psixoloji müstəvidə, mühitdə, əhvalda, söhbətdə birləşib.

Təbii insan hüquqları nəzəriyyəsinə görə, hüquqlar insanla birgə doğulur. Allahın bəxş elədiyi bu təbii hüquqları C.Lokk 3 yerə bölürdü – yaşamaq hüququ, azadlıq hüququ, mülkiyyət hüququ. Bəlkə kiməsə bir qədər qeyri-peşəkar görünər, məncə, bütün hüquqları həmin sıraya aid eləmək, Allahın öz bəndəsinə hədiyyə verdiyi haqq kimi qiymətləndirmək olar və lazımdır.

Bu mənada Səməd Vəkilovu insan hüquqlarının və bütövlükdə HAQQIN müdafiəçisi saymaq heç kəsə qəribə görünməməlidir; HAQQ naminə çalışmaq Səmədin ictimai obrazının və peşəsinin yox, əslində, daxili tələbatının vacib kriteriyasıdır. İşindən, fəaliyyətindən həzz almayan, sevinməyən birisinin yaşadığına, insan həyatı sürdüyünə inanmaq olarmı? Səməd məhz sevdiyi işin və sevdiyi insanların əhatəsindədir.

Əgər insan ömrünü Yol kodu altında simvollaşdırsaq, mən həmin Yola məhkum insanın fəaliyyətini 3 əsas peşənin çevrəsinə salardım. Biri var Yolçəkənlər, biri var Yolgöstərənlər, biri də var Yol gedənlər. Səmədin təbiətində bunların hər üçündən nəsə var...

O, ehtiyac olanda yol çəkir, cığır salır, əmindirsə, yol göstərməyi özünə ayıb bilmir və əlbəttə, düz saydığı yolla gedir; dayanıb baş girləmir.

...Bir insanı daha yaxından tanımaq, onun kimliyinin "enini-uzunu"nu ölçmək istəyirsinizsə, həmin adamın ətrafındakıları təsəvvürünüzdə canlandırın: Kimləri görəcəksiz? Ailəsini, qohum-əqrəbasını, tanışlarını, el-obasını... Bəs sonra? Mənə elə gəlir, Səmədin çevrəsi çox genişdir, çünki onun ürəyi genişdir.

Səmədin qayğıları, narahatlıqları, düşüncələri təkcə bir nəsli, bir eli yox, cəm halında bir xalqı, milləti əhatə etməyə hesablanıb və buna qadirdir.

Bəyəm Səmədin adı-soyadı sizə tanış gəlmədi? Bu boyda təsadüfmü olar? Mənsə deyirəm: Bu, başqa bir Səməddir, bu, fərqli bir Vəkilovdur. Və onu da bilirəm: Ot kök üstə bitər… Allah köməyində olsun, Səməd Vəkilov!

Dostum, 40 yaşın mübarək!

Tarix
2015.04.14 / 14:20
Müəllif
Qurban Yaquboğlu
Şərhlər
Digər xəbərlər

Cümləmizi və cümləmizi xilas edək

Azərbaycanda hamının bir-birinə salam verdiyi şəhər

Hacı Şahinin İrana "ehtiyatlı" cavabının səbəbi

Yaxşı, Mövlud, yaxşı, sonraya qalsın...

Ölümünə doğru təmkinlə gedən Əfəndi...

Türkiyə üçün plan hazırlanıb: ermənilər cənubdan girəcək və...

Üzünü baş daşıma söykə...

Humay

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla