Yuxarı

Roma Papası haqda 5 dəhşətli - Fakt

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Katolik Kilsəsində tarixin müxtəlif dövrlərində baş verən ağlasığmaz hadisələr gün keçdikcə üzə çıxır. Hələ bir neçə il öncə dünya mətbuatında kilsədə erotik ayinlər keçirən rahiblərlə bağlı yazılmış xəbərlər gündəmə bomba kimi düşmüşdü. Bundan başqa, məşhur yazıçı Umberto Eko da "Gülün adı" əsərində Vatikan kilsəsi haqda dəhşətli faktlardan söz açıb.

Axar.az Vatikan kilsəsi və bilavasitə Roma Papası ilə bağlı olan bir neçə məşhur faktı oxuculara təqdim edir:

1. İohanna əfsanəsi

Təbii ki, Vatikan bunu heç vaxt təsdiqləməyib. İohanna əfsanəsinə görə, şərqli bir qız dini təhsil almaq üçün öz bədənini bir kişiyə verməyə məcbur olub. Bu addımından sonra İohanna 855-ci ildən 858-ci ilə qədər kilsə rəhbəri olub. İohanna doğuş zamanı dünyasını dəyişib.

2. Faşistlərlə əməkdaşlıq

İkinci Dünya Müharibəsinin sonunda Hitlerin tərəfdarlarına köməklik göstərən yepiskop və keşişlərin adları tədqiqatçılara məlumdur.

Onlarla yepiskop və keşiş İkinci Dünya Müharibəsinin sonunda nasional sosialistlərə əllərindən gələn köməyi göstərib. Onların arasında Roma Papasının Avstriyadakı təmsilçisi Aloiz Hudal da var idi. O, həm də Nasist Almaniyasının qızıl ehtiyatına cavabdeh idi. Hudal SS üzvlərinin Cənubi Amerikaya qaçmağına köməklik göstərib. SS zabitləri onun yaratdığı bu sistemi "siçovul yuvası" adlandırırdı. Sözügedən keşiş və yepiskopların köməyilə gestapo Klaus Barbe və "cani həkim" kimi tarixə düşən Yozef Mengele sərhədi keçməyə müvəffəq olub.

3. Vatikan bankı

Vatikanın əsas maliyyə orqanı 1942-ci ildə yaradılıb. Bu, həmçinin Dini İşlərlə məşğul olan institut kimi də tanınır.

Ötən əsrin 80-ci illərində bu bankın adı böyük qalmaqallarda hallanmağa başladı. Onda Ambroziano bankının rəhbəri öldürülmüşdü. Bundan sonra onun əsas səhmdarı olaraq Vatikan çıxış etdi. Ödənişlər 200 milyon dollara çatdı. Bir neçə il əvvəl Vatikan bankının rəhbəri Ettore Qotti Todeski 23 milyon "çirkli avro"nu leqallaşdırmaqda ittiham olunub.

4. Cinsi azlıq alveri

265-ci Roma Papası XVI Benediktin telefon zənglərini dinləyən hüquq-mühafizə orqanları eşitdiklərindən şoka düşmüşdülər. 2010-cu ildə baş verən hadisə bütün dünyanı yerindən oynatdı. Roma Papasının zənglərini dinləyən hüquq-mühafizə orqanları onun Vatikanda kişi fahişəliyi ilə məşğul olduğunu aşkar etdilər.

Telefon dinləmələri nəticəsində məlum oldu ki, Roma Papası XVI Benedikt hərdən modelliklə və reqbi ilə məşğul olan gənc oğlanları "sifariş edir".

5. Vatiliks

Paolo Qabriele Vatikan haqqında ən dəhşətli həqiqətləri ictimaiyyətə çatdıran şəxsdir.

"Vikiliks"lə müqayisə olunan bu qalmaqal da XVI Benediktin adı ilə bağlıdır. Paolo Qabriele Papanı soyub və onun ən dəhşətli məlumatlarını ictimaiyyətə çatdırıb.

Əvvəllər Papanın ən yaxın adamı olan, ictimaiyyət arasında həmişə Papanın yanında görünən Qabriele jurnalistlərə onun ən məxfi sənədlərini və məktublaşmalarını verib. Oğurluq, insan alveri, korrupsiya, hətta cinayətlər haqqında yaydığı sənədlərdən sonra məhkəmə Qabrieleyə 18 aylıq ev cəzası verdi. Lakin sonda Papa özü də onu bağışladığını elan etdi.

Tarix
2015.04.18 / 00:30
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla