Yuxarı

Xadiməni dəlixanaya salan direktor kimdir? – Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda xadiməni dəlixanaya saldıran məktəb direktoru barəsində sensasion iddialar var. O, bir başqa qalmaqallı məktəb direktorunun qohumu imiş.

Axar.az-ın əldə etdiyi xəbərdə Pirəküşkül kəndindəki məktəbin direktoru İlahə Murquzovanın Xətai rayonunda yerləşən 171 saylı orta məktəbin direktoru İradə Murquzovanın qohumu olduğu iddia edilir. Müəllimlərə kredit ödətdirən 117 saylı məktəb direktoru təhsil nazirinin əmri ilə işindən qovuldu, hazırda isə məhkəmə çəkişməsi davam edir. İddialara görə, Pirəküşküldəki məktəb direktoru İlahə Murquzova ilə də onun qohumluq əlaqələri var.

Hər halda nadir soyadlardan birinin hər iki məktəb direktorunda olması da bu iddiaları şərtləndirib.

Xatırladaq ki, İlahə Murquzova Pirəküşkül məktəbində xadimə işləyən qadını ruhi əsəb dispanserinə saldırıb. İnterpress.az-ın bu haqda yaydığı xəbərdə bildirilir ki, 3 azyaşlı övladı olan Rüstəmova Arzu Şəmsəd qızı ilə direktor arasında əmək haqqı məsələsində mübahisə yaranıb. 53 manat əmək haqqı aldığını bildirən qadın direktordan ona verilən məbləğin artırılmasını istəyib. Bu zaman aralarında mübahisə yaranıb. Direktor təcili yardım çağıraraq, qadını Maştağadakı ruhi- əsəb dispanserinə göndərib. Qadını orda həyat yoldaşının xəbəri olmadan 4 gün saxlayıblar. Əri onu çox axtarıb, nəhayət, DİN-in 102 xidmətinə zəng vurduqdan sonra qadının dispanserdə olduğu aşkarlanıb. Hazırda iş prokurorluqdadır.

Tarix
2015.04.18 / 01:05
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla