Yuxarı

Daha bir ana doğuş zamanı öldü - Həkim terroru

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə ana ölümü faktı qeydə alınıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Qəbələ şəhəri Həzi Aslanov küçəsi, ev 18 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü, Aygün Famil qızı Kərimova aprelin 22-də günorta saatlarında Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyə şöbəsində qeyseriyyə əməliyyatı ilə doğuş keçirib.

Doğuşdan sonra Aygün Kərimovanın vəziyyəti qəflətən pisləşib və o, saat 22:30 radələrində ölüb.

Hadisə ilə bağlı Şəki RMX-nın doğum şöbəsinin müdiri Ruziyə Hüseynova bildirib ki, Aygün Kərimova aprelin 17-də 35 həftəlik hamiləlik, böyrək çatışmazlığı və yüksək arterial təzyiqlə xəstəxanaya daxil olub.

Xəstəyə lazımı bütün tibbi yardımlar göstərildikdən sonra əməliyyata qərar verilib.

Aprelin 22-də qeyseriyyə əməliyyatı ilə 35 həftəlik qız uşağı götürülüb. Əməliyyatdan 6 saat sonra Aygün Kərimovanın vəziyyətində qəfildən pisləşmə baş verib, müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Bu A. Kərimovanın ikinci hamiləliyi olub. Bundan əvvəl o, Qəbələ RMX-nın doğum şöbəsində təbii yolla iki əkiz oğlan dünyaya gətirib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix
2015.04.23 / 10:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla