Yuxarı

Bakının yeni aeroportunda olimpiya hazırlığı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yeni möhtəşəm hava limanı fəaliyyətdədir.

Axar.az-ın əməkdaşı Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksində olub. Müxbirimizin müşahidələrinə görə, yeni aerovağzalda keçid sistemi və prosedura daha müasir, sadələşdirilmiş formadadır.

Əvvəlki aerovağzalda terminallar ayrı-ayrı idi, pasport yoxlaması ilə mühafizənin yoxlaması yuxarı-aşağı mərtəbələrdə yerləşirdi. Bilet satışı başqa istiqamətdə təşkil olunurdu. Yeni aeroportda isə giriş qapısından yoxlayıb içəri buraxırlar, çantalar paketlənir, biletlər qeydiyyata alınır və yuxarı mərtəbəyə keçid olunur.

Onu da eyək ki, yeni mühafizə xidməti təşkil olunub, Avropa Oyunlarının loqosu, tanıtım reklamları da yerləşdirilib.

Yeni aerovağzal kompleksi ildə 6 milyonadək sərnişinə xidmət edə bilir. Kompleksin ümumi sahəsi 65 min kvadrat metr təşkil edir. Üçbucaqşəkilli bina 4 mərtəbədən ibarətdir. Kompleksin terminalında 18 eskalator və 20 sərnişin lifti fəaliyyət göstərir.

Tarix
2015.04.27 / 08:30
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla