Yuxarı

Polis toyda gəlini döyən bəydən danışdı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İlkin məlumata görə, toyda bəylə valideynləri arasında mübahisə yaşanıb. Gəlinin mübahisəyə müdaxilə etməsi bəyin qəzəbinə səbəb olub və mübahisə daha da böyüyüb. Bu səbəbdən də bəy gəlini elə toyda döyüb".

Bu sözləri Axar.az-a Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən ötən gecə "Xudafərin" şadlıq sarayında baş tutan toy zamanı bəyin gəlini döyməsi ilə bağlı yaydığımız xəbərə aydınlıq gətirərkən bildiriblər.

Bölmədən verilən məlumata görə, hadisə baş verən zaman polis əməkdaşları əraziyə yollanıb. Elə hadisə yerindəcə üç nəfər dindirilib:

"Şübhəli şəxs qismində kiminsə saxlanılmasından dəqiq məlumatımız yoxdur. Üç nəfərə qədər adam dindirilib. Ancaq bölməyə heç kəs gətirilməyib. Hadisə ilə əlaqədar saxlanılan da yoxdur. Ailə-məişət zəminində baş vermiş hadisədir. Cinayət faktı aşkarlanmayıb. Ancaq məsələ ilə əlaqədar araşdırma davam etdirilir".

Qeyd edək ki, aprelin 25-də "Xudafərin" şadlıq sarayında keçirilən toyda bəy gəlini hamının gözü qarşısında döyüb. Mənbənin iddiasına görə, bəyin ardıcıl zərbələrindən həyat yoldaşı olacaq xanım huşunu itirib.

Davaya gəlinin qohumları müdaxilə edərək bəyi sakitləşdirməyə çalışıblar və gəlini bəyin əlindən zorla xilas ediblər. Lakin qohumlar arasında qarşıdurma yaranıb və kütləvi dava gecə saat 01 radələrinə qədər davam edib.

Tarix
2015.04.27 / 11:26
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla