Yuxarı

Şeyx: "Bu iyrənc proses SSRİ dönəmindən başlayıb"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanla Türkiyəni ayırmaq istəyən güclü qüvvələr var".

Report xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başkanı Osman Nuri Toppaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

QMİ-nin sədri qeyd edib ki, bu proses hələ SSRİ dönəmindən başlayıb: "Azərbaycan Sovet İttifaqının tərkibində olduğu zamanlarda Sovet hakimiyyəti bizim Türkiyə ilə olan münasibətlərimizi özü üçün böyük təhlükə hesab edirdi. Bu proses indi də davam edir. İndi də bir çox xarici qüvvələr Azərbaycanın Türkiyə ilə yaxın münasibət saxlamasını istəmirlər.

Bu gün ermənilər dünya ictimaiyyəti qarşısında yalançı göz yaşları axıdaraq uydurma "soyqırım"larını dünyaya təlqin etməyə çalışırlar, halbuki Azərbaycan torpaqlarında azərbaycanlıların başına gətirilən Xocalı soyqırımı, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi və bu kimi vəziyyətlərdə Türkiyə həmişə Azərbaycan xalqının yanında olub".

A.Paşazadə bildirib ki, ermənilər əsrlər boyu türklərə qarşı soyqırımlar həyata keçiriblər: "Amma bu gün dünyaya yalandan çar çəkirlər ki, soyqırıma məruz qalmışıq. Həmişə olduğu kimi, indi də ermənilərin əməlləri ilə sözləri üst-üstə düşmür".

Tarix
2015.04.27 / 12:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

Azərbaycanda su qıtlığı problemi... - BCG

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla