Yuxarı

İran: “Səudiyyə rejiminin çöküşü yaxınlaşır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dövlət rəsmiləri keçmişdə bəzi məsləhətlərə görə Səudiyyə Ərəbistanı ilə bağlı danışmırdılar. Ancaq Yəməndəki hücumlardan sonra Səudiyyənin xain üzü ortaya çıxdı".

Axar.az xəbər verir ki, bu açıqlama ilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Əli Cəfəri çıxış edib. O, Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin Yəməndə təşkil etdiyi əməliyyatlara münasibət bildirib:

"Dövlət rəsmiləri keçmişdə bəzi məsləhətlərə görə Səudiyyə Ərəbistanı ilə bağlı danışmırdılar. Ancaq Yəməndəki hücumlardan sonra Səudiyyənin xain üzü ortaya çıxdı. Rəsmi şəxslərimiz bu ölkə ilə bağlı köhnə düşüncələri bir kənara atmalıdır. Səudiyyə Ərəbistanı İsrailin yolu ilə gedir. Səudiyyə Ərəbistanı utanmazca bütün islami qaydaları tapdalayaraq, müstəqillik istəyən müsəlman ölkəyə hücum etdi. Bu gün Səudiyyə Yəməni bombalayaraq insanları öldürür. Artıq Səudiyyə rejiminin çöküşü yaxınlaşır. İslam inqilabının ilk dalğası kommunizmin çökməsinə səbəb oldu. Sonrakı dalğalar isə Səudiyyə rejiminin çöküşünü gətirəcək".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri martın 26-da Yəməndə husilərə qarşı əməliyyatlara başlamışdı. Aprelin 21-də isə hərbi əməliyyatların sona çatdığı açıqlanmışdı. Lakin bundan 2 gün sonra koalisiya qüvvələri Yəməni yenidən bombalamışdı.

Tarix
2015.04.27 / 16:48
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla