Yuxarı

Vəkil vətən xaininə cavab verdi: “Onun kimi satqın...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əlikram Hümbətovun bu cür yanaşması ən azından Qarabağ döyüşlərində qəhrəmancasına vuruşan, şəhid olan talış balalarına hörmətsizlikdir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə məşhur vəkil Aslan İsmayılov öz Feysbuk səhifəsində çıxış edib.

O, Hümbətovun talış xalqı ilə bağlı açıqlamasının satqınlıq olduğunu bildirib:

"Əlikram Hümbətov kimi satqının, xainin talış xalqına mənsubiyyətinin xüsusilə vurğulanmasını qətiyyətlə pisləyirəm və bildirirəm ki, Vətənimiz Azərbaycanı sevənlər üçün ən doğma insanlar milliyyətindən, dinindən, irqindən asılı olmayaraq onun sərhədləri içərisində yaşayan, onun uğrunda döyüşən, Azərbaycanı özünə Vətən sayan insanlardır. Bu cür yanaşma ən azından Qarabağ döyüşlərində qəhrəmancasına vuruşan, şəhid olan talış balalarına hörmətsizlikdir. Əlavə olaraq bildirirəm ki, Stavropolda hakim, məhkəmə sədri işlədiyim dövrdə mənə - xalis türk balasına ən böyük dəstək olan, məndən yaşca böyük, o diyarı yaxşı tanıyan, orada hörmət sahibi olan, talış balası, əslən Lənkəran rayonunun Lüvəsər kəndindən olan Fazil Quliyev olmuşdu".

Qeyd edək ki, bundan öncə Əlikram Hümbətov "erməni soyqırımı" ilə bağlı ermənilərə başsağlığı vermiş və Azərbaycanda guya talışların ayrı-seçkiliyə məruz qaldığını söyləmişdi.

Tarix
2015.04.27 / 17:58
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla