Yuxarı

Gəlini döyən bəyin atası danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 25-i toyda bəyin gəlini döyməsi xəbəri ajiotaj doğurub.

Axar.az-ın ilk olaraq yaydığı bu məlumatla bağlı müxtəlif rəylər, açıqlamalar gəlməkdədir. "Xudafərin" şadlıq evində baş verən hadisəni Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən də saytımıza təsdiqləyiblər. Bildirilib ki, bəydən izahat alınıb. Amma bəyin atası danışıb və deyilənləri yalan adlandırıb.

Sənan Ələkbərovun valideyni Elman Ələkbərov azvision.az-a deyib ki, oğlu gəlini döyməyib:

"Hazırda gəlinim də, oğlum da evimizdədir. Davaya görə oğlum həbs edilməyib. Toyda dava düşməyib. Sadəcə, tanımadığımız iki cavan mübahisə edirdi. Biz də onları araladıq. Kütləvi dava da baş verməyib. Bunu deyənlər qələt edirlər. Yalan deyirlər, oğlum gəlini döyməyib. Sənan hazırda yanımda, Naxçıvandadır. Onlar xoşbəxtdirlər".

E.Ələkbərov qeyd edib ki, gəlinin atası onun bibisi oğludur:

"Münasibətlərimiz də çox yaxşıdır. Biz ora polisin gəldiyini də görmədik. Gecə saat 11-ə qalmış toyumuz başa çatdı. Oğlum gəlinə heç vaxt əl qaldırmayıb".

Tarix
2015.04.27 / 18:12
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla