Yuxarı

Lənkəranski Türkiyədə qanuni oğruları topladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən həftə Türkiyədə postsovet məkanından olan qanuni oğruların irimiqyaslı "sxodka"sı olub.

ANS xəbər verir ki, Rusiya kriminal saytlarının yazdığına görə, əsasən Moskvada fəaliyyət göstərən Ded Hasan qruplaşmasının düşməni olan qanuni oğruların toplaşdığı "sxodka"ya rəhbərliyi azərbaycanlı qanuni oğru Rövşən Lənkəranski edib.

"Sxodka"da Ded Hasan qruplaşmasına yaxın olan 4 belarus qanuni oğrunun Mumu, Paştet, Medveconok və Lebedin adı əlindən alınıb. Onların göstərilən etimadı doğrultmadığı, dəfələrlə frayerlər tərəfindən döyüldüyü göstərilib ki, oğru qanunlarına görə bu, yolverilməzdir.

Türkiyədə qəbul edilmiş qərar Ded Hasanın varisi Şakronun son addımlarına cavab kimi dəyərləndirilir. Şakro 15-ə yaxın qanuni oğrunun, o cümlədən Belarusdakı rəhbər Saşa Kuşnerin adının alındığını qeyd edib. Sxodkada çeçen qanuni oğru Əhməd Şalinskinin də ünvanına iradlar səslənib. Belaruslarla birlikdə taclandırılmış Əhməd sonradan üz döndərərək Ded Hasan tərəfdarlarına üz tutub və qanuni oğru adını onlardan alıb.

Rövşən bildirib ki, bu cür davranış qanuni oğruya layiq deyil, ona görə də Əhmədi bu sıradan saymır.

Tarix
2015.04.27 / 20:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla