Yuxarı

Zahir Əzəmət 40-dan qorxdu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qaynar-Media" holdinqin təsisçisi və rəhbəri, şair Zahir Əzəmət saytın və özünün doğum günü münasibətilə Axar.az-a eksklüziv müsahibə verib.

– Doğum gününüz mübarək, Zahir bəy.

– Çox sağ olun. Əslində, ad günüm aprelin 25-di – "Qaynarinfo" ilə eyni gündə. "Qaynar"ı 8 il əvvəl ad günümdə özümə hədiyyə etmişdim. Sadəcə, dostlar bir az gec xəbər tutub, təbriklər hələ də davam edir.

– Qeyd elədiniz ad gününüzü?

– Xeyr, belə bir inanc var ki, 40 yaşı qeyd eləməzlər, təhlükəli yaşdı, mən də buna inanıram. Əslində, burda qeyri-adi bir şey yoxdu, sadəcə, insan qocalığı ilə barışmaq istəmir. 35-ə qədər özünü birtəhər aldatmaq olur ki, "mən gəncəm". Adamın "qırx"ı çıxandan sonra gəncliklə vidalaşır. Bu mənada mən doğum günümün saytın doğum gününün kölgəsində qalmasını istədim. Yaxın dostlar bildi, ondan sonra təbriklərin ardı-arası kəsilmədi. Xüsusi şəkildə qeyd etməyə ehtiyac görmədim.

– Ən orijinal təbrikiniz hansı oldu?

– Təbii ki, balaca qızımın səhər tezdən məni təbrik etməsi, hədiyyə verməsi və hər iki dəqiqədən bir gəlib məni öpməsi. Sonra yoldaşım, yaxın dostlar, xaricdə yaşayan dostlar və s. təbrik elədi. Bunlar diqqətin nişanəsidir. Hər birinə təşəkkür edirəm.

– 40 yaşa kimi özünüzü yararlı hiss etdirəcək hansısa işlər görmüş hesab edirsiniz?

– Düzünü desəm, nəsə elədiyimi demək düzgün çıxmazdı. Amma onu deyim ki, çox eləmək olardı. Nə qədər bacara bildimsə, o qədər elədim. Yəqin ki, bu istiqamətdə yenə də işlər görüləcək. Çünki Azərbaycanda nəsə bir iş görmək üçün sıfırdan başlamaq lazımdır. Biz gördüyümüz işləri tək deyil, bir nəsil olaraq gördük. Arxaya baxanda kifayət qədər iş görüldüyünü sezmək olur. Allah ömür versə, daha çox iş görəcəyik.

Tarix
2015.04.27 / 23:42
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla