Yuxarı

Yeni qlobal savaş: Yaxın Şərq əsas meydana çevrildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"C-300 raketlərinin İranda peyda olması bütün şansların və arqumentlərin Qərbin əlinə keçməsinə imkan verəcək".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət Qafqaz və Mərkəzi Asiya üçün təhlükədir:

"Yaxın Şərq 1999-cu ildə Yuqoslaviyanın bombardman edilməsindən sonra başlayan yeni qlobal savaşın artıq çoxdankı meydanlarından biri olub. Bu regionda müharibə 2011-ci ildə Suriyadan başlayıb. Bu gün isə o, kürdlərin İŞİD-ə qarşı müharibəyə qoşulması, Səudiyyə Ərəbistanının savaşa girməsi və sairə ilə inkişaf edir. Rusiya hələ İrana C-300 raketlərini göndərməyib. O, sadəcə, bunun haqqında bəyanat verib. Amma son zamanlar Moskvanın bu cür bəyanatları çoxalıb. Xüsusilə, Moskva birinci dəfə deyil ki, "İsgəndər" raket komplekslərini Kalininqrad ərazisində yerləşdirəcəyini bildirir. Lakin reallıqda bunların heç biri hələ də baş verməyib. Rusiya C-300 raketlərinin İranda peyda olması ilə bütün şansları və arqumentləri Qərbin əlinə verəcəyi üçün özünə hesabat verir. C-300 raketlərinin verilməsi üçün Rusiya mütləq Tehranla lazımi müqavilə imzalamalıdır, amma hələlik bu proses müzakirə mərhələsində dayanıb. Ona görə də ABŞ və NATO Moskvanın şifahi bəyanatlarından Yaxın Şərqdəki müttəfiqlərini, həmçinin İsraili silahlandırmaq üçün tam şəkildə istifadə edə bilər. Yaxın Şərq ona görə qorxuludur ki, qeyri-sabitlik bu regiondan birbaşa bütün Qafqaz və Mərkəzi Asiyaya keçə bilər".

Tarix
2015.04.28 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla