Yuxarı

“Heydər Əliyev bu məsələyə ciddi önəm verirdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Putin filmdə Azərbaycanın adını çəkməklə bildirmək istəyir ki, guya vaxtilə Amerika kəşfiyyatı Qafqazda baş verən proseslərə Azərbaycandan müəyyən diktələr etmiş və bir növ Rusiyanın dağılma prosesini sürətləndirmək üçün işlər görürmüş. Bu, qəti sürətdə belə deyil".

Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri bildirib ki, əksinə, Azərbaycan həmin dövr Rusiya ilə münasibətləri qaydaya salmaq üçün ciddi addımlar atırdı:

"Söhbət 1990-cı illərin əvvəllərindən gedir. Həmin dövr Azərbaycan Ermənistanla qızğın müharibə şəraitində idi. Bu müharibədə Rusiya qoşunlarının müəyyən hissəsi yaxından iştirak edirdi. Bu dövrdə Azərbaycanın ən ciddi problemi Ermənistanla müharibə idi. Azərbaycan həmin dövr Rusiya ilə münasibətləri normal vəziyyətə gətirmək üçün çox ciddi səylər göstərirdi. Çünki Yeltsinin dövründə Rusiya Azərbaycana qarşı bir blokada siyasəti həyata keçirməyə başlamışdı. Bunun nəticəsində Azov dənizi vasitəsilə Volqodonsk kanalı ilə Xəzərə dənizinə Ukraynadan taxıl daşınmasının və ümumiyyətlə Azərbaycanın dünya okeanına çıxışının qarşısı alınmışdı. Azərbaycan gəmiçilikdən istifadə yolu ilə bir növ yükdaşımalarını həyata keçirə bilmirdi. Belə bir zamanda ölkəmizdə Amerikanın elə də böyük səfirliyi yox idi ki, onun ərazisində hər hansı məxfi cihazları və yaxud çeçenlərin hərəkətini istiqamətləndirəcək təlimatçı işinin həyata keçirilməsini təsəvvür edə biləsən. Düzdür, həmin dövrdə Azərbaycanda çeçen yaralıları var idi. Onlar da ölkəmizə qanuni yollarla gələrək müalicə olunurdular. Ancaq bu çeçenlər sayca çox az idi. Buna görə də onların Amerika kəşfiyyatının nəzarəti altında Azərbaycana gətirilməsi və yaxud səfərbər edilmiş çeçenlərin Şimali Qafqazda Amerika kəşfiyyatı ilə işbirliyi qətiyyən ağlabatan deyil".

Politoloq bildirib ki, Putinin işlətdiyi ifadələrin heç bir ciddi əsası yoxdur:

"Həmin dövr mən dövlət vəzifələrində işləmişəm və proseslərin içində olmuşam. Səmimi deyirəm ki, Azərbaycan heç vaxt bu cür proseslərin olmasına imkan verməzdi. O vaxt təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanlarımız kifayət qədər səmərəli iş aparırdı. Yəni sözügedən hadisənin baş verməsi və Azərbaycanda belə bir şəraitin yetişməsi qeyri-mümkün idi. Xüsusilə də Heydər Əliyev Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına həmin vaxt çox böyük önəm verirdi. Ölkəmizin MDB-yə daxil olması və MDB-nin bütün yüksək səviyyəli görüşlərində iştirak etməsi və s. şəxsən onun təşəbbüsü idi. Bu, iki dövlət arasında münasibətlərin qaydaya salınmasına xidmət edirdi. Tutalım ki, bir-iki kəşfiyyat cəhdi olubsa da, Azərbaycan bundan xəbərdar olmayıb. Bu o demək deyil ki, kimlərsə Azərbaycan ərazisindən Rusiyanı dağıtmaq istəyirdi. Zənnimcə, bu, Putin tərəfindən ciddi götür-qoy edilmədən işlədilmiş ifadələrdir və heç bir ciddi əsası da yoxdur".

Tarix
2015.04.28 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla