Yuxarı

Oqtay Şirəliyev: "İnsanları aldatmaq olmaz"

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana keyfiyyətsiz dərmanların necə və hansı mənbədən gəldiyi müəyyənləşdirilməli, belə halların qarşısı alınmalıdır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev nazirlikdə dərman vasitələrinin keyfiyyətinə nəzarətin daha da gücləndirilməsi və bu sahədə ortaya çıxan digər problemlərin araşdırılması, aradan qaldırılması məqsədilə nazirlikdə keçirilən iclasda deyib.

Nazir bildirib ki, ölkəmizə gətirilən və əhaliyə satılan dərman preparatlarının keyfiyyətinə nəzarət sahəsində müəyyən çatışmazlıqlar var.

Nazir bundan sonra dərman vasitələrinin keyfiyyətinə nəzarətin daha da gücləndiriləcəyini qeyd edib:

"İnsanları aldatmaq olmaz. Apteklərdə əhaliyə keyfiyyətsiz dərmanlar satılmamalıdır. Təəssüf ki, bəzi insanlar xarici ölkələrə gedərkən özlərinə və ya yaxınlarına lazım olan dərman preparatlarını oradan alıb gətirirlər. Ona görə yox ki, həmin ölkələrdə dərmanlar daha ucuzdur. Çünki insanlar Avropa ölkələrindən aldıqları dərmanlann təsirinin Azərbaycanda satılanlardan daha effektli olduğuna və onların keyfiyyətinə inanırlar. Bu sahədə işimizi daha da möhkəmləndirməliyik ki, belə hallarla qarşılaşmayaq".

O.Şirəliyev bu sahədə problemlərin aradan qaldırılması üçün işin iki istiqamətdə qurulmasının zəruriliyini qeyd edib:

"İlk istiqamət ölkəyə gətirilən bütün dərman preparatlarının laborator tədqiqatının yüksək səviyyədə həyata keçirilməsidir. Ekspertiza Mərkəzində dərmanların kimyəvi tərkibi yoxlanılır. Ancaq onların bioekvivalent gücünü, təsirini öyrənmək çox mürəkkəb məsələdir. Həmin tədqiqatın apanlması üçün böyük vəsait lazımdır, ancaq bu məsələnin də həlli yolunu tapacağıq. İkinci istiqamət isə dərmanlann keyfiyyətinə yerlərdə nəzarətin gücləndirilməsidir. Biz çalışacağıq ki, Analilik Ekspertiza Mərkəzinin işçilərinə ölkəmizdə fəaliyyət göslərən 700-ə qədər aptekin hər birində dərmanların keyfiyyətini araşdırmaları üçün imkan yaradılsın. Keyliyyətsiz dərmanların ölkəmizə necə və hansı mənbədən gəldiyi müəyyənləşdirilməli, belə halların qarşısı alınmalıdır. Azərbaycanda da Avropa ölkələrində olduğu kimi ən keyfiyyətli dərmanlar satılmalıdır. Bunun üçün hər cür imkanlarımız da var".

O.Şirəliyev deyib ki, dərman preparatlarının qiymətinə nəzarət sahəsində problemlər qısa müddətdə həll ediləcək. Nazir dərman preparatlarının qiymətinin dövlət tərəfindən tənzimlənəcəyini, bu istiqamət üzrə vahid qiymət siyasətinin həyata keçiriləcəyini söyləyib.

Tarix
2015.04.30 / 10:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla