Yuxarı

Kim Kardaşyan əsgərimizi öldürdü

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyəti qondarma soyqırıma görə artıq özünü axırıncı yola qoyub. Yox əşşi, düz demədim, axırıncı yolda tıxac var – soyqırıma dəstək verən bəzi nüfuzlu simalar indi orda basabas yaradıblar. Ermənistan hakimiyyəti özünü axırdan ikinci yola qoyub. Əslində, erməni cəbhəsində Kim Kardaşyanın döyüşməsi təəccüblü deyil. Onlar ömür boyu arvadlarının tumanı altdan güllə atıblar. Miskin, rüsvayçı mənzərədir. İndi erməni prezident bir ölkənin tarixini min kişinin odunu söndürən bir arvadla xilas etmək istəyir. Maraqlıdır ki, 4 il əvvəl "mədəniyyət xalqları birləşdirir" – deyən erməni rəsmiləri indi mədəniyyətlə siyasət yürüdür.

Deyilənə görə, Karl Marks deyib: "Ermənilər sağ qalmaq üçün öz qadınlarını digər xalqlara satan ilk millətdir". Tarix göstərir ki, Ermənistanın iqtisadi gücü kimi mahiyyəti də dəyişməyib. Həmin ermənidir – külüngü əlində, papağı da ayağının altında.

Nə isə. Sizə Kim Kardaşyanın öldürdüyü əsgərimizdən danışım. Bizim post ermənilərə yaxın idi. Kənardan baxanda güllələrin parıltısını da görmək olurdu. Bir dəfə yaz aylarında erməni səngərinin üstündə gənc bir qız görünməyə başladı. Uzun, qarayanız bir şey idi. Adını da "Aykanuş" qoymuşduq. (Bir mayor bizə demişdi ki, Aykanuş sovet vaxtı "vışşı marka" olub) Demək, bu Aykanuş arada çıxıb səngərin üstündə gəzirdi. İt qızı, elə bil, bizi əlinin içi kimi tanıyırdı. Bilirdi ki, ona güllə atmarıq. Snayperimiz neçə dəfə onun sinəsini nişan alsa da, komandir "Biz arvadla döyüşmək üçün bura gəlməmişik", – demişdi. Qoymamışdı onu vuraq. Bir yaz günündə müşahidə zamanı gördük ki, Aykanuş soyunub çimir. Hə, yanına da bir çəllək qoyub. İndi onun bədənindən danışmayacam. Çünki bizə öyrətmişdilər ki, ən gözəl erməni ölü ermənidir. Nə isə. Bu Aykanuş çimib, bir az da qabağa – gün işığına gəldi, saçını qurulayırdı. Təxminən, 15 dəqiqə başında olan bir çəngə tüklə əlləşdi. Tamam çılpaq idi. Mən snayperin nişangahıyla müşahidə edirdim. Bilirdim ki, burda nəsə zibil var. "Aykanuş bayaqdan başın qurulayır. Hələ də lütdü. Ya bunun başı xarab olub, ya da ki..." – sözüm ağzımda qaldı. Elə bu an Cəmil onun lüt bədənini görmək həvəsilə başını səngərdən çıxardı. Əlimlə onun çiynindən aşağı basanda Cəmil düz qucağıma düşdü. Sifəti parçalanmışdı. Şah damarından fışqıran qan alnıma güllə kimi sıçradı. Bir neçə saniyə xırıldayıb dayandı. Donub qalmışdım. Bəlkə də, qışqırıbmışam, bilmirəm, xatırlamıram. Bir o yadımdadır ki, snayperi götürüb Aykanuşu vurmaq istədim. Yox idi. Deyəsən, başının suyu qurumuşdu. Cəmilin başının qanı isə qurumaq bilmirdi. Nə qədər günün altında qalsa da, qurumurdu. Mənə elə gəlir ki, hələ də qurumayıb onun qanı. Bircə onu bilirəm ki, nə qurusa da, anasının göz yaşı mütləq qurumayıb. Kim Kardaşyan indi Cəmilin anasının göz yaşında başını yuyur...

Tarix
2015.05.01 / 09:09
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla