Yuxarı

Vəfa Quluzadə vəfat etdi - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış politoloqu Vəfa Qulzuadə vəfat edib. Məlumatı oxu.az saytı yayıb.

Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub. Atası Mirzəağa Quluzadə - ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Anası Yaqut Dilbazi Mirvarid Dilbazinin bacısıdır.

1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olub, 1963-cü ildə məzun olub. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adına yiyələnib.

1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir Prezidenti Ənvər Sədatın SSRİ Xarici İşlər naziri Andrey Qromıko ilə görüşündə iştirak edib.

1973-cü ildə vətənə qayıdan V.Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.

1990-ci ildə Azərbaycana qayıdıb və Azərbaycan Respublikasının Xarici siyasət üzrə dövlət müşaviri işləyib. Növbəti iki prezidentin – Əbülfəz Elçibəy və Heydər Əliyevin hakimiyyəti dövründə də öz postunda qalıb.

Bu zaman ərzində Vəfa Quluzadə Azərbaycan xarici siyasətinin formalaşmasında yaxından iştirak edib. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.

O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.

1999-cu ilin sonlarına yaxın Xarici İşlər naziri Tofiq Zülfüqarov və Prezident Heydər Əliyev administrasiyasının rəhbəri Eldar Namazovla bir vaxtda istefa verib. İstefa ərəfəsində V.Quluzadə H.Əliyevə məktub yazaraq, 41 illik ağır işdən yorulduğunu və istirahət etmək, sağlamlığının qayğısına qalmaq istədiyini bildirmişdi.

Vəfa Quluzadə ərəb, rus, ingilis və fars dillərini bilirdi. Onun SSRİ XİN-dəki dosyesində yazılıb:

"Fövqəladə ünsiyyətcildir, olduğu ölkənin yüksək dairələri ilə etibarlı əlaqələr qurmağı bacarır"

Vəfa Quluzadə musiqi məktəbinin müəlliməsi Leyla Əhmədova ilə evli idi. Bir qızı və dörd nəvəsi var.

Oğlu Murad 2010-cu ildə 36 yaşında ikən onkoloji xəstəlikdən vəfat edib.

Tarix
2015.05.02 / 00:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla