Yuxarı

Salma Hayeklə Xəlil Cibranı nə birləşdirir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivudun latın gözəli Salma Hayek "Peyğəmbər" (The Prophet) adlı animasiya filminin təqdimatı üçün getdiyi Livanda maraqlı açıqlamalar verib.

Axar.az xəbər verir ki, Livan əsilli filosof, şair, rəssam Xəlil Cibranın 1923-cü ildə qələmə aldığı "Peyğəmbər" adlı əsərinin animasiya filmində bir xarakteri səsləndirən dünya şöhrətli aktrisa Salma Hayek bu film sayəsində livanlı babası ilə yenidən bir bağ qurduğunu açıqlayıb.

Aktrisa yazarın eyniadlı ölümsüz əsəri əsasında çəkilən animasiya filmində Mustafa adlı şairlə dostluq edən Almitra adlı inadçı bir qızın anası Kamilanı səsləndirib.

Livanda suriyalı mühacirlərin sığındığı BMT düşərgəsini də ziyarət edən Hayek belə açıqlama verib: "Bu film mənim köklərimə göndərdiyim bir eşq məktubu kimidir".

Qeyd edək ki, "Kral şir"ın rejissoru Rocer Allersin ssenarisi ilə çəkilən filmdə şair Mustafanı isə Liam Nison səsləndirib.

Tarix
2015.05.02 / 01:38
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla