Yuxarı

Hacıyevin klubunda maaş verilmir – Açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankının sabiq prezidenti Cahangir Hacıyevin klubunda maliyyə problem yaranıb. Apasport.az-ın əldə etdiyi məlumata görə, "İnter"də iclas keçirilib və futbolçulara "pul yoxdur" deyilib.

Rəhbərlik təkcə futbolçulara yox, klubun bütün işçilərinə hələlik maaşların verilməyəcəyini xəbər edib. İki aydı pul üzü görməyən komanda üzvlərinə maaşların ən yaxşı halda mayın sonlarında, yəni mövsüm bitdikdən sonra verilə biləcəyi xatırladılıb.

Verilən qərara görə, klubun büdcəsi xeyli azaldılacaq, futbolçular indikindən qat-qat az maaşa oynayacaqlar. Oyunçulara artıq yeni müqavilə də təklif edilib. Ancaq burda qalmaq istəyirlərsə, az pula oynamağa razılıq verməlidilər. Buna isə əksər oyunçular razı deyil. Komanda heyətinin, demək olar, 90 faizinin müqaviləsi mayda başa çatacaq.

Yüksək ödənişli yerli və əcnəbi futbolçularla yollarını ayıracaq "İnter" gələn mövsüm hədəfini kiçildərək, əsasən, yerli gənclərə üstünlük verəcək. Mövsümün sonunda Kaxaber Sxadadze ilə də yollarını ayıracaq "İnter"də bu posta yerli mütəxəssisin gətiriləcəyi artıq dəqiqləşib.

Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov da sayta açıqlamasında bu məlumatların bir qismini təsdiqləyib: "Klubda maliyyə problemi var, bunu gizlətmirəm. Mart və aprel ayının maaşları ödənilməyib. Lakin rəhbərlik mövsümün sonuna qədər bu problemi yoluna qoyacaq. O ki qaldı heyətdə islahatların aparılmasına, bəli, klub prezidenti də müəyyən dəyişikliklərin olacağını demişdi".

Tarix
2015.05.02 / 13:23
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla