Yuxarı

Jurnalistlər arasında atıcılıq turniri keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

KİV nümayəndələri arasında II atıcılıq turniri keçirilib.

Trend xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş II atıcılıq turniri keçirilib.

Turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılması olub. "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialında keçirilən yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət 21 komanda iştirak edib. Onlardan ən çox bal toplamış 7 komanda final mərhələsinə vəsiqə qazanıb. Sonda "Hərbi and" qəzetinin komandası 1-ci, Trend Beynəlxalq İnformasiya Agentliyinin komandası 2-ci, APA TV-nin kollektivi isə 3-cü yerə layiq görülüb.
Qaliblərə kubok, medal, sertifikat və xatirə hədiyyələri təqdim edilib.

Mükafatları qaliblərə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) rəisinin I müavini, general-mayor Zaur Abdullayev təqdim edib.

Z.Abdullayev ümummilli lider H.Əliyevin ordu quruculuğu və hərbi vətənpərvərlik işlərinin təşkili sahəsində gördüyü işlərin əhəmiyyətindən danışıb, ulu öndərin bu sahədə həyata keçirdiyi işlərin bu gün də uğurla davam etdiyini bildirib.

Onun sözlərinə görə, Xidmətin media nümayəndələri arasında atıcılıq turniri keçirməsi heç də təsadüfi deyil. Çünki Silahlı Qüvvələrimizin artan qüdrətini dünyaya çatdıran məhz media təmsilçiləridir: "Jurnalistlər arasında atıcılıq turnirini keçirməkdə məqsəd də media nümayəndələrinin tək qələmləri ilə deyil, silaha sarılaraq dövlətimizin ərazi bütövlüyünün təmin olunmasında iştirak edəcəklərini göstərməkdir. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə jurnalistlər arasında da şəhidlik zirvəsinə ucalanlarımız var. Dünyanın istənilən münaqişə ocağından yayımlanan reportajlarda hərbçilərin yanında mütləq bir jurnalisti, operatoru görə bilərik. Bu baxımdan hərbçilərlə jurnalistlərin çəkdiyi əziyyət arasında heç bir fərq görmürük".

Qeyd edək ki, 2014-cü ildə keçirilmiş ilk turnirin qalibi Trend Beynəlxalq İnformasiya Agentliyinin komandası olub.

Tarix
2015.05.02 / 15:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla